https://sputnik.az/20240821/tarixde-bu-gun-21-avqust--foto-466813838.html
Tarixdə bu gün: 21 avqust – FOTO
Tarixdə bu gün: 21 avqust – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 21.08.2024, Sputnik Azərbaycan
2024-08-21T08:08+0400
2024-08-21T08:08+0400
2024-08-21T08:08+0400
avqust
cəmiyyət
tarixdə bu gün
serbiya
azərbaycan
diplomatik əlaqə
diplomatik münasibətlər
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466400842_42:0:1158:628_1920x0_80_0_0_a9c7f83b2a2b7ff125b1752317f5f1fd.jpg
BAKI, 21 avqust — Sputnik. Avqustun 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Avqustun 21-də kimlər anadan olub? Bəkir Nəbiyev (1930-2012) - Azərbaycan alimi, ədəbiyyatşünası, akademik, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü olub. O, Dövlət mükafatları laureatı və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Stiven Hillenburq (1961-2018) - ABŞ kinorejissoru, prodüser və animatordur. O. "Spanç-Bob" cizgi serialının yaradıcısı kimi tanınır. Sergey Brin (1973) - amerikalı proqramçı və internet sahibkarıdır. O, Larri Peyc ilə birlikdə “Google” şirkətinin həmtəsisçisi olub. 2021-ci ilin oktyabrına görə, Brin dünyanın yeddinci ən zəngin adamı olaraq sıralanır. Useyn Bolt (1986) - yamaykalı atlet, səkkiz qat Olimpiya çempionu və 11 qat dünya çempionudur. Mari Kraymbreri (1992) - rusiyalı müğənnidir. O, 2017-ci ildən “Velvet Music”in üzvüdür. Müğənni müxtəlif musiqi mükafatlarının, o cümlədən “MUZ-TV”, “RU.TV”, “ZD Awards”, “MTV EMA”, “İlin mahnısı” mükafatlarının laureatı və nominantıdır. 21 avqust tarixində dünyada baş verən tarixi hadisələr 1192-ci ildə Yaponiyada Kyoto İmperator Məhkəməsi Yoritomonun seii tai-şoqun elan edilməsi ilə Kamakura Şoqunluğu yaradılıb. 1803-cü ildə Avstraliyanın "Sydney Gazette" qəzeti koalanın dünyada ilk dəfə ətraflı təsvirini verib. 1841-ci ildə amerikalı Con Hempton qalxan jalüzləri patentləşdirib. 1911-ci ildə italyan rəssamı Leonardo de Vinçinin yaratdığı "Mona Liza"nın portreti Luvr muzeyindən oğurlanıb. Portret təsadüfən 2 il sonra Florensiyada tapılıb. 1997-ci ildə Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələr qurulub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466400842_182:0:1019:628_1920x0_80_0_0_382a8ec95e485d70acc330acf161e6fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
avqust, tarixdə bu gün , serbiya, azərbaycan, diplomatik əlaqə, diplomatik münasibətlər
avqust, tarixdə bu gün , serbiya, azərbaycan, diplomatik əlaqə, diplomatik münasibətlər
Tarixdə bu gün: 21 avqust – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 21 avqust — Sputnik. Avqustun 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 21-də kimlər anadan olub?
Bəkir Nəbiyev (1930-2012) - Azərbaycan alimi, ədəbiyyatşünası, akademik, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü olub. O, Dövlət mükafatları laureatı və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Stiven Hillenburq (1961-2018) - ABŞ kinorejissoru, prodüser və animatordur. O. "Spanç-Bob" cizgi serialının yaradıcısı kimi tanınır.
Sergey Brin (1973) - amerikalı proqramçı və internet sahibkarıdır. O, Larri Peyc ilə birlikdə “Google” şirkətinin həmtəsisçisi olub. 2021-ci ilin oktyabrına görə, Brin dünyanın yeddinci ən zəngin adamı olaraq sıralanır.
Useyn Bolt (1986) - yamaykalı atlet, səkkiz qat Olimpiya çempionu və 11 qat dünya çempionudur.
Mari Kraymbreri (1992) - rusiyalı müğənnidir. O, 2017-ci ildən “Velvet Music”in üzvüdür. Müğənni müxtəlif musiqi mükafatlarının, o cümlədən “MUZ-TV”, “RU.TV”, “ZD Awards”, “MTV EMA”, “İlin mahnısı” mükafatlarının laureatı və nominantıdır.
21 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1192-ci ildə Yaponiyada Kyoto İmperator Məhkəməsi Yoritomonun seii tai-şoqun elan edilməsi ilə Kamakura Şoqunluğu yaradılıb.
1803-cü ildə Avstraliyanın "Sydney Gazette" qəzeti koalanın dünyada ilk dəfə ətraflı təsvirini verib.
1841-ci ildə amerikalı Con Hempton qalxan jalüzləri patentləşdirib.
1911-ci ildə italyan rəssamı Leonardo de Vinçinin yaratdığı "Mona Liza"nın portreti Luvr muzeyindən oğurlanıb. Portret təsadüfən 2 il sonra Florensiyada tapılıb.
1997-ci ildə Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələr qurulub.