Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İranda avtobus qəzası: 28 nəfər ölüb, 23 nəfər yaralanıb

© iStock.com / ajlberИранская машина скорой медицинской помощи
Иранская машина скорой медицинской помощи - Sputnik Azərbaycan, 1920, 21.08.2024
Abunə olmaq
Avtobus zəvvarları avqustun 25-nə təsadüf edən Ərbəin dini mərasimi üçün Pakistandan İraqa aparırdı.
BAKI, 21 avqust — Sputnik. İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb, daha 23 nəfər yaralanıb.
İranın "ISNA" agentliyi xəbər verir ki, qəza barədə məlumatı İran yol polisinin rəhbəri, general Teymur Hüseyni açıqlayıb. Onun sözlərinə görə, hadisə avqustun 20-də axşam saatlarında baş verib.
Avtobus zəvvarları avqustun 25-nə təsadüf edən Ərbəin dini mərasimi üçün Pakistandan İraqa aparırdı.
Xəbər lenti
0