DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Misir Prezidenti: Qəzza müharibəsinin sonu Fələstinin tanınmasının başlanğıcı olmalıdır

© Costas Baltas / Pool via AP Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, arxiv şəkli
 Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.08.2024
Abunə olmaq
Ötən həftə Qətər, Misir, ABŞ və İsrailin iştirakı ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar Dohada keçirilib.
BAKI, 21 avqust — Sputnik. Qəzza zolağında atəşkəs Fələstinin daha geniş formada beynəlxalq tanınmasının başlanğıcı olmalıdır. Bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə bildirib.
Əs-Sisi Misirə səfərə gələn Blinkeni qəbul edib. Misir liderinin ofisindən verilən açıqlamada qeyd olunub ki, tərəflər Qəzza zolağında atəşkəsə nail olmaq üçün səyləri müzakirə ediblər.
"Prezident vurğulayıb ki, Qəzza zolağında hazırkı müharibəyə son qoymağın vaxtı çatıb. İnsanların qanının axıdılmasına son qoyulması bütün tərəflər üçün əsas hərəkətverici qüvvə olmalıdır və Qəzza zolağında atəşkəs daha geniş Fələstin dövlətinin tanınması və iki dövlətli həllin həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın başlanğıcı olmalıdır", - məlumatda deyilir
Ötən həftə Qətər, Misir, ABŞ və İsrailin iştirakı ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar Dohada keçirilib. HƏMAS hərəkatının rəhbərliyi atəşkəsin şərtləri ilə bağlı konkret məlumat olmadığı üçün danışıqlarda iştirakdan imtina edib.
Misir prezidenti Əbdülfəttah əs-Sisinin dəftərxanası tərəfindən yayılan ABŞ, Qətər və Misirin birgə bəyanatında deyilir ki, vasitəçilər İsrail və Fələstin HƏMAS hərəkatına tərəflər arasında fikir ayrılıqlarını azaldacaq atəşkəs təklifi təqdim ediblər. Açıqlamaya görə, Qətərin paytaxtı Dohada keçirilən danışıqlar ciddi və konstruktiv olub və müsbət atmosferdə keçib. Bəyanatda deyilir ki, Misir, ABŞ və Qətərin yüksək səviyyəli hökumət rəsmiləri təklif olunan şərtlər əsasında razılığa gəlmək ümidi ilə Qahirədə görüşəcəklər.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qaldı. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 250-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavın tam blokadaya alındığını elan edib, su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana anklava endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40 mini keçib, 92,7 mindən çox insan isə yaralanıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Xəbər lenti
0