DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hakan Fidan Blinkenlə Qəzzadakı vəziyyəti müzakirə edib

© AP Photo / Burhan OzbiliciHakan Fidan
Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 21.08.2024
Abunə olmaq
ABŞ tərəfinin xahişi ilə baş tutan söhbət zamanı HƏMAS və İsrail arasında atəşkəs danışıqlarındakı mövcud vəziyyət və regionda baş verən hadisələr müzakirə edilib.
BAKI, 21 avqust — Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlarda mövcud vəziyyəti müzakirə edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
"Xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb", - Keçeli sosial media hesabında yazıb.
O qeyd edib ki, ABŞ tərəfinin xahişi ilə baş tutan söhbət zamanı HƏMAS və İsrail arasında atəşkəs danışıqlarındakı mövcud vəziyyət və regionda baş verən hadisələr müzakirə edilib.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavın tam blokadaya alındığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 34 mindən çox insan həlak olub, 78 mindən çox insan yaralanıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Xəbər lenti
0