https://sputnik.az/20240821/felestin-prezidenti-sui-qesd-qorxusu-ile-turkiyeni-terk-edib-466818509.html
Fələstin prezidenti sui-qəsd qorxusu ilə Türkiyəni tərk edib
Fələstin prezidenti sui-qəsd qorxusu ilə Türkiyəni tərk edib
Sputnik Azərbaycan
Nəşr qeyd edir ki, İsrail qətllərinin hər yerdə baş verdiyi bir vaxtda Mahmud Abbasın ehtiyatlılığından daha anlaşılan heç nə yoxdur. 21.08.2024, Sputnik Azərbaycan
2024-08-21T21:59+0400
2024-08-21T21:59+0400
2024-08-21T21:59+0400
fələstin
dünya xəbərləri
mahmud abbas
fələstin lideri mahmud abbas
mahmud abbas
türkiyə
sui-qəsd
sui-qəsd
ismayıl haniyə
həmas siyasi bürosunun lideri ismayıl haniyə
https://cdnn1.img.sputnik.az/img/42400/99/424009984_0:0:2813:1583_1920x0_80_0_0_26e012da4e283bc13ddb680ef08bccf0.jpg
BAKI, 21 avqust — Sputnik. Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə səfəri zamanı İsraildən gələn sui-qəsd təhlükəsi səbəbindən parlament üzvləri ilə şam yeməyini ləğv edib. Bu barədə "Hürriyet" qəzeti mənbələrə istinadən xəbər verir. Avqustun 15-də Abbas Türkiyə parlamenti qarşısında çıxış edərək Qəzzaya səfər etmək niyyətini açıqlayıb. "Mahmud Abbas Türkiyə parlamentinin spikeri Numan Kurtulmuşa narahatlığına görə təşəkkür edib, lakin axşam yeməyinə qala bilməyəcəyini söyləyib və axşamdan əvvəl Fələstinə getməliyəm deyib", qəzet yazıb. Nəşr qeyd edir ki, İsrail qətllərinin hər yerdə baş verdiyi bir vaxtda Mahmud Abbasın ehtiyatlılığından daha anlaşılan heç nə yoxdur. Yada salaq ki, iyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində həlak olub. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh vermədiklərini bildiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42400/99/424009984_83:0:2812:2047_1920x0_80_0_0_a9e2518df208cf1b26f1f20f789c1090.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fələstin, mahmud abbas, fələstin lideri mahmud abbas, mahmud abbas, türkiyə, sui-qəsd, sui-qəsd, ismayıl haniyə, həmas siyasi bürosunun lideri ismayıl haniyə
fələstin, mahmud abbas, fələstin lideri mahmud abbas, mahmud abbas, türkiyə, sui-qəsd, sui-qəsd, ismayıl haniyə, həmas siyasi bürosunun lideri ismayıl haniyə
Fələstin prezidenti sui-qəsd qorxusu ilə Türkiyəni tərk edib
Nəşr qeyd edir ki, İsrail qətllərinin hər yerdə baş verdiyi bir vaxtda Mahmud Abbasın ehtiyatlılığından daha anlaşılan heç nə yoxdur.
BAKI, 21 avqust — Sputnik. Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə səfəri zamanı İsraildən gələn sui-qəsd təhlükəsi səbəbindən parlament üzvləri ilə şam yeməyini ləğv edib. Bu barədə "Hürriyet" qəzeti mənbələrə istinadən xəbər verir.
Avqustun 15-də Abbas Türkiyə parlamenti qarşısında çıxış edərək Qəzzaya səfər etmək niyyətini açıqlayıb.
"Mahmud Abbas Türkiyə parlamentinin spikeri Numan Kurtulmuşa narahatlığına görə təşəkkür edib, lakin axşam yeməyinə qala bilməyəcəyini söyləyib və axşamdan əvvəl Fələstinə getməliyəm deyib", qəzet yazıb.
Nəşr qeyd edir ki, İsrail qətllərinin hər yerdə baş verdiyi bir vaxtda Mahmud Abbasın ehtiyatlılığından daha anlaşılan heç nə yoxdur.
Yada salaq ki, iyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində həlak olub. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh vermədiklərini bildiriblər.