https://sputnik.az/20240821/daire-secki-komissiyalarinin-t-mutexessisleri-ucun-seminarlar-kecirilir-466816976.html
Dairə seçki komissiyalarının İT mütəxəssisləri üçün seminarlar keçirilir
Dairə seçki komissiyalarının İT mütəxəssisləri üçün seminarlar keçirilir
Sputnik Azərbaycan
Layihənin əsas hədəfi seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və beləliklə aşkarlığın və şəffaflığın həmin gün də yüksək səviyyədə təmin... 21.08.2024, Sputnik Azərbaycan
2024-08-21T15:29+0400
2024-08-21T15:29+0400
2024-08-21T15:30+0400
seçki
siyasət
msk
msk
dsk
msk-da treninqlər
msk treninq
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e8/08/15/466816809_0:32:1024:608_1920x0_80_0_0_2e90c811838c98fae5be44d07ac8876b.jpg
BAKI, 21 avqust — Sputnik. Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində avqustun 21-dən etibarən növbəti layihəyə – dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün praktiki seminarlara başlayıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən xəbərə görə, layihənin əsas hədəfi seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və beləliklə aşkarlığın və şəffaflığın həmin gün də yüksək səviyyədə təmin edilməsidir. Seminarlar çərçivəsində dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə ətraflı məlumatlandırılır, DAİS üzərindən tətbiq olunan proqram təminatlarından birbaşa və praktiki istifadə təmin edilir, eləcə də yaranan suallara yerindəcə əyani şəkildə aydınlıq gətirilir. İnformasiya texnologiyaları üzrə mütəxəssislərə xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləməyə də şərait yaradılır ki, bu da Milli Məclisə seçkilər günü həm seçicilərin fəallığı, həm də səsvermənin nəticələrinə dair protokol məlumatlarının Mərkəzi Seçki Komissiyasına ötürülməsi üçün proqram təminatlarını dərindən mənimsəmələrinə imkan verir. Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərinin bilik, bacarıq və işgüzar vərdişlərinin gücləndirilməsində mühüm rolu olan praktiki seminarların avqustun 23-dək davam etməsi nəzərdə tutulur. Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Seçkilərlə əlaqədar 93964 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/15/466816809_9:0:918:682_1920x0_80_0_0_4a190259ff2bd5724d0deb87d384d1c3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçki, msk, msk, dsk, msk-da treninqlər, msk treninq, milli məclis
seçki, msk, msk, dsk, msk-da treninqlər, msk treninq, milli məclis
Dairə seçki komissiyalarının İT mütəxəssisləri üçün seminarlar keçirilir
15:29 21.08.2024 (Yenilənib: 15:30 21.08.2024) Layihənin əsas hədəfi seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və beləliklə aşkarlığın və şəffaflığın həmin gün də yüksək səviyyədə təmin edilməsidir.
BAKI, 21 avqust — Sputnik. Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində avqustun 21-dən etibarən növbəti layihəyə – dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün praktiki seminarlara başlayıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən xəbərə görə, layihənin əsas hədəfi seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və beləliklə aşkarlığın və şəffaflığın həmin gün də yüksək səviyyədə təmin edilməsidir.
Seminarlar çərçivəsində dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə ətraflı məlumatlandırılır, DAİS üzərindən tətbiq olunan proqram təminatlarından birbaşa və praktiki istifadə təmin edilir, eləcə də yaranan suallara yerindəcə əyani şəkildə aydınlıq gətirilir.
İnformasiya texnologiyaları üzrə mütəxəssislərə xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləməyə də şərait yaradılır ki, bu da Milli Məclisə seçkilər günü həm seçicilərin fəallığı, həm də səsvermənin nəticələrinə dair protokol məlumatlarının Mərkəzi Seçki Komissiyasına ötürülməsi üçün proqram təminatlarını dərindən mənimsəmələrinə imkan verir.
Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərinin bilik, bacarıq və işgüzar vərdişlərinin gücləndirilməsində mühüm rolu olan praktiki seminarların avqustun 23-dək davam etməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Seçkilərlə əlaqədar 93964 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.