NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti kəskin ucuzlaşıb

© iStock.com / Sergey StrelkovAzərbaycanda neft hasilatı, arxiv
Azərbaycanda neft hasilatı, arxiv - Sputnik Azərbaycan, 1920, 21.08.2024
Abunə olmaq
Keçən həftə Çində açıqlanan məlumatlar sənaye istehsalının yavaşladığını, işsizliyin artdığını və nəticədə iyul ayında iqtisadi artımın sürətinin azaldığını göstərib. Bu, treyderlər arasında narahatlıq yaradıb.
BAKI, 21 avqust — Sputnik. Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb. Belə ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,1 dollar və ya 3,17 faiz azalaraq 79,35 dollar olub.
Bu gün dünya bazarlarında neft qiymətləri ABŞ-də neft ehtiyatlarının artdığını göstərən məlumatlardan sonra ucuzlaşıb. "Brent" markalı neft 9 sent ucuzlaşaraq 77,11 dollar, ABŞ-nin Qərbi Texas nefti 12 sent ucuzlaşaraq 73,05 dollar olub.
Qeyd edək ki, Çində tələb ilə bağlı narahatlıqlar keçən həftənin sonunda neft qiymətlərinin təxminən 2% azalmasına gətirib çıxardıb. Ümumiyyətlə isə keçən həftə ABŞ-də məlumatların inflyasiyanın zəiflədiyini və pərakəndə xərclərin artdığını göstərdikdən sonra qiymətlər bir qədər möhkəmlənib.
Keçən həftə Çində açıqlanan məlumatlar sənaye istehsalının yavaşladığını, işsizliyin artdığını və nəticədə iyul ayında iqtisadi artımın sürətinin azaldığını göstərib. Bu, Çində tələbin azalması ilə bağlı treyderlər arasında narahatlıq yaradıb.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün tələb proqnozunu aşağı salıb. Bu proqnozun verilməsinin əsas səbəbi Çində tələbin aşağı düşəcəyi gözləntiləridir. Dünyanın ən böyük neft idxalçısında iqtisadi fəallıq yaxşılaşma əlamətləri göstərmədiyi üçün Çin neft bazarları üçün əsas narahatlıq nöqtəsi olaraq qalıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Xəbər lenti
0