https://sputnik.az/20240821/azerbaycan-dagistanda-kecirilecek-xezer-reqemsal-forumuna-devet-olunub-466822195.html
Azərbaycan Dağıstanda keçiriləcək Xəzər Rəqəmsal Forumuna dəvət olunub
Azərbaycan Dağıstanda keçiriləcək Xəzər Rəqəmsal Forumuna dəvət olunub
Sputnik Azərbaycan
Tədbir iştirakçıları nəqliyyat, logistika, ekologiya və turizmin perspektivli sahələrini müzakirə edəcəklər. 21.08.2024, Sputnik Azərbaycan
2024-08-21T23:25+0400
2024-08-21T23:25+0400
2024-08-21T23:25+0400
forum
iqtisadiyyat
dağıstan
azərbaycan
azərbaycan
tədbir
https://cdnn1.img.sputnik.az/img/42287/15/422871514_0:0:3077:1731_1920x0_80_0_0_e8ff9c969a45fa986c6a17c676b1527a.jpg
BAKI, 21 avqust — Sputnik. Azərbaycan noyabrda Dağıstanda (Rusiya Federasiyası) keçiriləcək II Beynəlxalq Xəzər Rəqəmsal Forumuna dəvət olunub. Sputnik Azərbaycan forumun saytına istinadla xəbər verir ki, tədbirin əsas mövzusu rəqəmsal texnologiyalardan istifadə etməklə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına həsr olunacaq. "Biz Xəzəryanı regionun bütün dövlətlərinin - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanın nümayəndələrini dəvət etmişik", - Dağıstan regionunun rəqəmsal inkişaf naziri Yuri Həmzətov qeyd edib. Tədbir iştirakçıları nəqliyyat, logistika, ekologiya və turizmin perspektivli sahələrini müzakirə edəcəklər. Forumda 8 ölkədən 4 işçi qrupunun və 30 sənaye ekspertinin iştirakı gözlənilir. Qeyd edək ki, Dağıstanda keçirilən ilk Beynəlxalq Xəzər Rəqəmsal Forumu öz platformasında 600-dən çox insanı toplayıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/15/422871514_0:0:2729:2047_1920x0_80_0_0_3a61489c7841a231ad6fbe6831ac14a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
forum, dağıstan, azərbaycan, azərbaycan, tədbir
forum, dağıstan, azərbaycan, azərbaycan, tədbir
Azərbaycan Dağıstanda keçiriləcək Xəzər Rəqəmsal Forumuna dəvət olunub
Tədbir iştirakçıları nəqliyyat, logistika, ekologiya və turizmin perspektivli sahələrini müzakirə edəcəklər.
BAKI, 21 avqust — Sputnik. Azərbaycan noyabrda Dağıstanda (Rusiya Federasiyası) keçiriləcək II Beynəlxalq Xəzər Rəqəmsal Forumuna dəvət olunub.
Sputnik Azərbaycan forumun saytına istinadla xəbər verir ki, tədbirin əsas mövzusu rəqəmsal texnologiyalardan istifadə etməklə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına həsr olunacaq.
"Biz Xəzəryanı regionun bütün dövlətlərinin - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanın nümayəndələrini dəvət etmişik", - Dağıstan regionunun rəqəmsal inkişaf naziri Yuri Həmzətov qeyd edib.
Tədbir iştirakçıları nəqliyyat, logistika, ekologiya və turizmin perspektivli sahələrini müzakirə edəcəklər. Forumda 8 ölkədən 4 işçi qrupunun və 30 sənaye ekspertinin iştirakı gözlənilir.
Qeyd edək ki, Dağıstanda keçirilən ilk Beynəlxalq Xəzər Rəqəmsal Forumu öz platformasında 600-dən çox insanı toplayıb.