CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

© Photo : Ministry of Labour and Social Protection of Population of the Republic of AzerbaijanRusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

 - Sputnik Azərbaycan, 1920, 20.08.2024
Abunə olmaq
Nümayəndə heyəti ilə görüşdə DOST konsepsiyası, sosial sahədə rəqəmsallaşdırma proqramının nailiyyətləri, əmək və məşğulluq sahələrində aparılan islahatlar və innovativ yeniliklər barədə təqdimatlar edilib.
BAKI, 20 avqust — Sputnik. Ölkəmizdə səfərdə olan Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin rəhbəri Mixail İvankovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində 5 saylı Bakı DOST Mərkəzində olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qonaqlar Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov onlara DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipləri barədə məlumat verib.
© Photo : Ministry of Labour and Social Protection of Population of the Republic of AzerbaijanRusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub
Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub
 - Sputnik Azərbaycan, 1920, 20.08.2024
Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub
Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyi və artıq 7 DOST Mərkəzinin, Zəngilanın Ağalı kəndində "Smart DOST" xidmət məntəqəsinin, Şuşada Qarabağ Regional DOST Mərkəzinin filialının açıldığı bildirilib.
© Photo : Ministry of Labour and Social Protection of Population of the Republic of AzerbaijanRusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub
Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub
 - Sputnik Azərbaycan, 1920, 20.08.2024
Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurları diqqətə çatdırılıb. Ötən dövrdə DOST mərkəzlərində 2,8 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,2 faiz olduğu qeyd edilib.

Xəbər lenti
0