CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün havanın hərarəti 36°-yə çatacaq

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBakıya mənzərə, arxiv
Bakıya mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 20.08.2024
Abunə olmaq
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
BAKI, 19 avqust — Sputnik. Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər arabir duman olacaq. Şərq küləyi küləyi əsəcək.
Havanın temperaturu 31-36°, dağlarda 17-22° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0