https://sputnik.az/20240820/bakubus-zaqatala-ve-mingecevire-sernisin-dasiyacaq-466798718.html
"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq
"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq
Sputnik Azərbaycan
Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. 20.08.2024, Sputnik Azərbaycan
2024-08-20T10:54+0400
2024-08-20T10:54+0400
2024-08-20T10:55+0400
bakubus
cəmiyyət
mingəçevir
avtobus
avtobus
zaqatala
sərnişin daşıma
sərnişindaşıma
sərnişin
https://cdnn1.img.sputnik.az/img/42417/29/424172914_0:77:2001:1202_1920x0_80_0_0_a909d27e53579f9b7c62fc50b7f34d08.jpg
BAKI, 20 avqust — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub. Bu barədə AYNA məlumat yayıb. Məlumata görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunub. "Bakı-Zaqatala-Bakı" və "Bakı-Mingəçevir-Bakı" marşrutları üzrə hüquqi şəxs "BakuBus" MMC, "Bakı-Gəncə-Bakı" marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, "Bakı-Şəmkir-Bakı" marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu ən çox bal toplayaraq qalib elan olunublar. Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42417/29/424172914_146:0:1853:1280_1920x0_80_0_0_9a6e60a26a8121f485edbd1c17a94f89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakubus, mingəçevir, avtobus, avtobus, zaqatala, sərnişin daşıma, sərnişindaşıma, sərnişin
bakubus, mingəçevir, avtobus, avtobus, zaqatala, sərnişin daşıma, sərnişindaşıma, sərnişin
"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq
10:54 20.08.2024 (Yenilənib: 10:55 20.08.2024) Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək.
BAKI, 20 avqust — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub.
Bu barədə AYNA məlumat yayıb.
Məlumata görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunub. "Bakı-Zaqatala-Bakı" və "Bakı-Mingəçevir-Bakı" marşrutları üzrə hüquqi şəxs "BakuBus" MMC, "Bakı-Gəncə-Bakı" marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, "Bakı-Şəmkir-Bakı" marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu ən çox bal toplayaraq qalib elan olunublar.
Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.