Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycan və Rusiya səhiyyə nazirlərinin görüşü keçirilib

© Photo : Ministry of Health of the Republic of AzerbaijanSəhiyyə Nazirliyində Azərbaycan və Rusiya səhiyyə nazirlərinin görüşü keçirilib
Səhiyyə Nazirliyində Azərbaycan və Rusiya səhiyyə nazirlərinin görüşü keçirilib - Sputnik Azərbaycan, 1920, 20.08.2024
Abunə olmaq
Ölkələr arasında səhiyyə sahəsində uğurlu əməkdaşlığın mövcudluğunu bildirən Teymur Musayev, həmçinin rusiyalı həmkarının 2021-ci ildə Bakıya səfərini xatırladıb.
BAKI, 20 avqust — Sputnik. Səhiyyə Nazirliyində Azərbaycan və Rusiya səhiyyə nazirlərinin görüşü keçirilib
Azərbaycanın Səhiyyə Nazirliyində Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görüş keçirilib. Görüş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə işgüzar səfəri çərçivəsində baş tutub.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdiyini vurğulayıb. İkitərəfli əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi də qeyd edilib. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkoya "Dostluq" ordeni təqdim edilməsi bunun əyani sübutudur".
Ölkələr arasında səhiyyə sahəsində uğurlu əməkdaşlığın mövcudluğunu bildirən Teymur Musayev, həmçinin rusiyalı həmkarının 2021-ci ildə Bakıya səfərini xatırladıb: "Görüş zamanı ölkələr arasında "Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi" imzalanıb. Bu sənəd ölkələr arasında səhiyyənin inkişafı sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır və tibb elminin inkişafına da öz töhfəsini verir".
Səmimi qəbula görə minnətdarlığını bildirən Rusiyanın səhiyyə naziri ölkələrimiz arasında uğurlu əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Rusiya ilə Azərbaycan arasında səhiyyə və tibb təhsili sahəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edən Mixail Muraşko İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının əhəmiyyətini vurğulayıb. "Beynəlxalq reytinqdə ən yaxşı Rusiya tibb universitetinin ilk filialının məhz Azərbaycanda açılması Prezident İlham Əliyevin dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyevanın təşəbbüsü sayəsində reallaşıb".
Görüşdə, həmçinin əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.
Xəbər lenti
0