DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Harrisi kommunist adlandırıb

© AP Photo / John RaouxDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 19.08.2024
Abunə olmaq
Siyasətçi mütəmadi olaraq Harrisi tənqid edir, onu axmaq, zəif və bacarıqsız adlandırır.
BAKI, 19 avqust — Sputnik. ABŞ-ın sabiq prezidenti və noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi Kamala Harrisin qalib gələcəyi təqdirdə, ABŞ-ı məhv edəcək bir kommunist adlandırıb.
Bu barədə diplomat "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp mütəmadi olaraq Harrisi tənqid edir, onu axmaq, zəif və bacarıqsız adlandırır. Onun hind və afroamerikalı kökləri olan vitse-prezidentin öz irqindən siyasi məqsədlər üçün istifadə etməsi ilə bağlı son sözləri də xüsusilə təxribatçı hesab olunur.
© Sarahbeth Maney / The New York Times via APKamala Harris
Камала Харрис, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.08.2024
Kamala Harris
Bu dəfə eks-prezident Harrisin siyasi oriyentasiyasına diqqət çəkib ki, bu da onun fikrincə, son dərəcə solçudur.

"Kamala Harris ölkəmiz üçün dəhşətli perspektivdir. O, həmişə kommunist olub və olaraq da qalacaq. Onun hakimiyyəti altında ABŞ çox tez çökəcək. Biz bunun baş verməsinə icazə verməyəcəyik", - Tramp qeyd edib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp rəsmi olaraq Respublikaçılar Partiyası tərəfindən dövlət başçısı vəzifəsinə namizəd göstərilib. Çikaqoda keçiriləcək konvensiyada hələ də partiyadan rəsmi namizədliyi almamış hazırkı vitse-prezident Harris Demokratlar partiyasından namizədliyini irəli sürməyi planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0