CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 19 avqust – FOTO

© Sputnik19 avqust
19 avqust - Sputnik Azərbaycan, 1920, 19.08.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 19 avqust — Sputnik. Avqustun 19-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 19-də kimlər anadan olub?
Mirvarid Dilbazi (1912-2001) - Azərbaycanın xalq şairidir. O, "Sənətkarın xəyalı", "Seçilmiş şeirlər", "Xatirələr olan yerdə", "Həyat lövhələri", "Ana qanadı" və s. kitabların müəllifidir.
Mirvarid Dilbazi  - Sputnik Azərbaycan, 1920, 19.08.2024
Mirvarid Dilbazi
Koko Şanel (1883-1971) - Fransa modelyeri və "Chanel" moda evinin yaradıcısıdır. O, XX əsrin internasional modasına əhəmiyyətli təsir göstərib.
© AP Photo / HIROKO MASUIKE"Chanel" ətirləri
Флакончики духов Chanel No. 5 выставлены на выставке в Нью-Йорке - Sputnik Azərbaycan, 1920, 19.08.2024
"Chanel" ətirləri
Bill Klinton (1946) - ABŞ-ın Demokratlar Partiyasından olan 42-ci prezidentdir (1993-2001).
© AP Photo / Julie JacobsonABŞ-ın keçmiş prezidenti Bill Klinton həyat yoldaşı Hilari Klinton ilə
ABŞ-ın keçmiş prezidenti Bill Klinton həyat yoldaşı Hilari Klinton ilə - Sputnik Azərbaycan, 1920, 19.08.2024
ABŞ-ın keçmiş prezidenti Bill Klinton həyat yoldaşı Hilari Klinton ilə
Metyu Perri (1969-2023) - amerikalı aktyor və ssenaristdir. O, "Dostlar" (1994-2004) serialında canlandırdığı Çendler Binq rolu, eləcə də "Tələsərsən insanları güldürərsən", "Atamın 17 yaşı var" filmlərindəki rolları ilə məşhurdur.
19 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1848-ci ildə "The New York Herald" qəzeti ilk dəfə Kaliforniyada qızıl tapıldığına dair məqalə dərc edib. Bu xəbərdən sonra Kaliforniyaya ABŞ-ın digər ştatlarından və xaricdən qiymətli metal tapmaq ümidi ilə təxminən 300 min insan gəlib.
1856-cı ildə amerikalı Geyl Borden qatılaşdırılmış süd istehsalı üçün üsulu patentləşdirib.
1887-ci ildə Rusiya kimyaçısı Dmitri Mendeleyev hava şarı ilə səmaya qalxaraq Moskva yaxınlığında Klin şəhəri ərazisində günəş tutulmasını müşahidə edib.
1919-cu ildə Əfqanıstan İngiltərədən müstəqilliyini elan edib.
1920-ci ildə Tambov üsyanı başlayıb: Tambov quberniyasının kəndliləri bolşeviklərə çörək verməkdən imtina ediblər.
1947-ci ildə holland kimyaçıları Devid Adrian van Dorp və Ferdinand Yozef Arens tarixdə ilk dəfə A vitaminini (retinol) sintez ediblər.
2008-ci ilin dekabrında Ümumdünya Humanitar Yardım Günü BMT Baş Assambleyası tərəfindən təsis edilib.
2009-cu ildən avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilən Ümumdünya Fotoqrafiya Günü qeyd edilir. Bu tarixin seçilməsi onunla bağlıdır ki, 1839-cu ildə Lui Jak Dager ilk dəfə geniş ictimaiyyətə təsvirin çapını əldə etmək üsulunu – dagerreotip, fotoqrafiya prototipini təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0