https://sputnik.az/20240819/secki-konulluleri-genc-secicileri-melumatlandirir-466765445.html
"Seçki könüllüləri" gənc seçiciləri məlumatlandırır
"Seçki könüllüləri" gənc seçiciləri məlumatlandırır
Sputnik Azərbaycan
Qrupun məqsədi gənclərin seçki hüququ, seçki mədəniyyəti, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edənlərin məlumatlılıq səviyyəsinin və seçici... 19.08.2024, Sputnik Azərbaycan
2024-08-19T13:37+0400
2024-08-19T13:37+0400
2024-08-19T13:37+0400
seçki
siyasət
azərbaycan
milli məclis
könüllü
https://cdnn1.img.sputnik.az/img/07e8/08/13/466765107_0:79:840:552_1920x0_80_0_0_c044fde9829635d2e8be76adb0e08383.jpg
BAKI, 19 avqust — Sputnik. Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gənclərin maarifləndirilməsi prosesi davam etdirilir. Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən maarifləndirmə zamanı "Seçki könüllüləri" tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində və ölkənin digər iri şəhərlərində gənc seçicilərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılıb. Qeyd edək ki, "Seçki könüllüləri" qrupunun məqsədi gənclərin seçki hüququ, seçki mədəniyyəti, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edənlərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasına töhfə verməkdir. Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Seçkilərlə əlaqədar 93964 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/13/466765107_0:0:840:630_1920x0_80_0_0_8215d7f49e3f98aedb5034d16b488e0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçki, azərbaycan, milli məclis, könüllü
seçki, azərbaycan, milli məclis, könüllü
"Seçki könüllüləri" gənc seçiciləri məlumatlandırır
Qrupun məqsədi gənclərin seçki hüququ, seçki mədəniyyəti, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edənlərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasına töhfə verməkdir.
BAKI, 19 avqust — Sputnik. Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gənclərin maarifləndirilməsi prosesi davam etdirilir.
Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən maarifləndirmə zamanı "Seçki könüllüləri" tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində və ölkənin digər iri şəhərlərində gənc seçicilərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, "Seçki könüllüləri" qrupunun məqsədi gənclərin seçki hüququ, seçki mədəniyyəti, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edənlərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasına töhfə verməkdir.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Seçkilərlə əlaqədar 93964 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.