https://sputnik.az/20240819/novak-rusiya-ve-azerbaycan-yeni-layiheleri-nezerden-kecirir-466778738.html
Novak: Rusiya və Azərbaycan yeni layihələri nəzərdən keçirir
Novak: Rusiya və Azərbaycan yeni layihələri nəzərdən keçirir
Sputnik Azərbaycan
RF Baş nazirinin müavini bildirib ki, Rusiyanın "Lukoyl" şirkəti böyük həcmdə investisiyalar yatırıb və "Şahdəniz" kimi məşhur qaz-kondensat layihəsində demək... 19.08.2024, Sputnik Azərbaycan
2024-08-19T21:31+0400
2024-08-19T21:31+0400
2024-08-19T21:31+0400
rusiya baş nazirinin müavini aleksandr novak
iqtisadiyyat
azərbaycan
qaz
yataq
birgə məlumat
layihə
"lukoyl" şirkəti
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466582572_0:0:3299:1856_1920x0_80_0_0_3723a509ab6b95e0b92a824a6e508f3e.jpg
BAKI, 19 avqust — Sputnik. Rusiya Federasiyası və Azərbaycan Xəzər şelfində də daxil olmaqla yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirirlər. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. Novakın sözlərinə görə, Rusiya ilə Azərbaycan "qaz və neft-qaz sahəsində çoxdan mövcud olan əlaqələrə malikdirlər və bununla bağlı birgə layihələr həyata keçirilir. Xüsusilə, Rusiya Federasiyası Baş nazirinin müavini qeyd edib ki, Rusiyanın "Lukoyl" şirkəti böyük həcmdə investisiyalar yatırıb və "Şahdəniz" kimi məşhur qaz-kondensat layihəsində demək olar ki, 20%-ə malikdir. Xatırladaq ki, bu il iyulun əvvəlində diplomatın sözlərinə görə Rusiyanın neft-qaz şirkətləri Azərbaycanla birgə layihələri müzakirə ediblər. Daha sonra, təxminən bir həftə sonra məlum olub ki, Rusiyanın "Tatneft" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə "Bibiheybət" neft yatağında işə başlayır. "Bizim "SOCAR"la çox sıx əməkdaşlığımız var. Biz hazırda "Bibiheybət" yatağına daxil oluruq və burada həmkarlarımızla birlikdə bizim üçün mövcud olan texnologiyaların tətbiqi ilə məşğul olacağıq", - "Tatneft"in baş direktoru Nail Maqanov bildirib. "Bibiheybət" neft yatağı 1871-ci ildə kəşf edilib və 1873-cü ildən 2018-ci ilin əvvəlinə kimi oradan 193 milyon ton neft və 14,5 milyard kubmetr qaz hasil edilib. Yataq Abşeron yarımadasında yerləşir. Məhz "Bibiheybət"də 1848-ci ildə dünyanın ilk müasir neft quyusu qazılıb.
https://sputnik.az/20240718/tatneft-bibiheybetde-rusiya-sirketi-niye-en-qedim-neft-yatagina-maraq-gosterir-466068792.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466582572_547:0:3278:2048_1920x0_80_0_0_f8ce3dd10f951b3bea1eebdd25a7437f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
rusiya baş nazirinin müavini aleksandr novak, azərbaycan, qaz, yataq, birgə məlumat, layihə, "lukoyl" şirkəti
rusiya baş nazirinin müavini aleksandr novak, azərbaycan, qaz, yataq, birgə məlumat, layihə, "lukoyl" şirkəti
Novak: Rusiya və Azərbaycan yeni layihələri nəzərdən keçirir
RF Baş nazirinin müavini bildirib ki, Rusiyanın "Lukoyl" şirkəti böyük həcmdə investisiyalar yatırıb və "Şahdəniz" kimi məşhur qaz-kondensat layihəsində demək olar ki, 20%-ə malikdir.
BAKI, 19 avqust — Sputnik. Rusiya Federasiyası və Azərbaycan Xəzər şelfində də daxil olmaqla yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirirlər. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
Novakın sözlərinə görə, Rusiya ilə Azərbaycan "qaz və neft-qaz sahəsində çoxdan mövcud olan əlaqələrə malikdirlər və bununla bağlı birgə layihələr həyata keçirilir.
Xüsusilə, Rusiya Federasiyası Baş nazirinin müavini qeyd edib ki, Rusiyanın "Lukoyl" şirkəti böyük həcmdə investisiyalar yatırıb və "Şahdəniz" kimi məşhur qaz-kondensat layihəsində demək olar ki, 20%-ə malikdir.
"Bizim neft və neft məhsullarının tədarükü ilə bağlı layihələrimiz var", - Novak əlavə edib.
Xatırladaq ki, bu il iyulun əvvəlində diplomatın sözlərinə görə Rusiyanın neft-qaz şirkətləri Azərbaycanla birgə layihələri müzakirə ediblər.
"Aydındır ki, Azərbaycanla bizim enerji sahəsində çox böyük məsələlərimiz var. Bu, müştərək müəssisələrin inkişafı, Rusiyanın "Lukoyl", "Tatneft", "Sibur", Novatek" şirkətlərinin azərbaycanlı həmkarları ilə birgə həyata keçirilməsi planlaşdırılan yeni layihələrdə iştirakıdır", - Novak jurnalistlərə bildirib.
Daha sonra, təxminən bir həftə sonra məlum olub ki, Rusiyanın "Tatneft" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə "Bibiheybət" neft yatağında işə başlayır.
"Bizim "SOCAR"la çox sıx əməkdaşlığımız var. Biz hazırda "Bibiheybət" yatağına daxil oluruq və burada həmkarlarımızla birlikdə bizim üçün mövcud olan texnologiyaların tətbiqi ilə məşğul olacağıq", - "Tatneft"in baş direktoru Nail Maqanov bildirib.
"Bibiheybət" neft yatağı 1871-ci ildə kəşf edilib və 1873-cü ildən 2018-ci ilin əvvəlinə kimi oradan 193 milyon ton neft və 14,5 milyard kubmetr qaz hasil edilib. Yataq Abşeron yarımadasında yerləşir.
Məhz "Bibiheybət"də 1848-ci ildə dünyanın ilk müasir neft quyusu qazılıb.