Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda sərnişin avtobusu alışıb yandı

© Photo : Azerbaijan Ground Transport AgencyAvtobus, arxiv
Avtobus, arxiv - Sputnik Azərbaycan, 1920, 19.08.2024
Abunə olmaq
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 164 saylı marşrut xətti ilə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusunda baş verdiyi müəyyən edilib.
BAKI, 19 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində, "Lökbatan" dairəsində sərnişin avtobusunda yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 164 saylı marşrut xətti ilə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusunda baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində avtobusun salon hissəsi qismən və arxa sol təkərləri yanıb. Avtobusun böyük hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0