Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda taxıl sahələrinin 98 faizində biçin başa çatıb

© AP Photo / Luca BrunoTaxıl sahəsi, arxiv
Taxıl sahəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 19.08.2024
Abunə olmaq
Məhsulun 1,6 milyon tonunu və yaxud 57,2 faizini buğda, 1,2 milyon tonunu (41,8 faizini) arpa, 29,6 min tonunu (1,0 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
BAKI, 19 avqust — Sputnik. Azərbaycanda taxıl biçini biçini başa çatmaq üzrədir. 2024-cü il avqust ayının 13-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 995,7 min hektar sahənin 979,3 min hektarı və yaxud 98,3 faizi biçilərək məhsulu yığılıb.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, sahələrdən 2,9 milyon ton məhsul toplanıb, məhsuldarlıq 30,0 sentnerə bərabər olub. Məhsulun 1,6 milyon tonunu və yaxud 57,2 faizini buğda, 1,2 milyon tonunu (41,8 faizini) arpa, 29,6 min tonunu (1,0 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
Respublikanın 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. Naxçıvan Muxtar Respublikasında və 29 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olub.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,4), Salyan (42,0), Bərdə (41,6), Ağdam (41,5), Saatlı (41,0), İmişli (39,6), Samux (37,6), Zaqatala (36,1) və Beyləqan (35,9) rayonlarında olub.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı:
Cəlilabad (224,7 min ton),
Şəki (152,7 min ton),
Ağcabədi (144,9 min ton),
Füzuli (130,7 min ton),
Kürdəmir (125,2 min ton),
Ağsu (108,2 min ton),
Hacıqabul (106,2 min ton)
İsmayıllı (97,0 min ton) rayonlarında müşahidə olunub.
Qeyd edək ki, "Aqroservis" ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi "Aqroservis" ASC tərəfindən 2024-cü il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirəcək mexanizatorlarla görüşlər təşkil edilib. Tədbirin təşkilində əsas məqsəd cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirməkdir. Görüşlərdə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib və mexanizatorların təklifləri dinlənilib. Görüşlərdən əvvəl mexanizatorlar üçün təlimlər təşkil edilib. Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, mexanizatorlar tərəfindən texnikaların idarə edilməsi, kombyanlara texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı onların bilik və bacarıqlarının artırılmasıdır.
Yerli ərzaqlıq buğdanın tədarükünə başlanılıb
Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib. Agentliyin məlumatına görə, tədarük ediləcək ərzaqlıq buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsində qeyd edilən bütün keyfiyyət göstəricilərinə, habelə "Qida təhlükəsizliyi haqqında" qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir. Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməlidir. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəricilərini Dövlət Ehtiyatları Agentliyi əlavə olaraq yoxlayacaq. Bütün keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.
Xatırladaq ki, 2023-cü ildə ölkədə buğda istehsalı 2022-ci ilə nisbətən 5.6% artaraq 1.8 milyon ton olub. Azərbaycana buğda idxalı əsasən Rusiya və Qazaxıstandan həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0