https://sputnik.az/20240819/azerbaycan-rusiyanin-regional-merkeze-acilan-penceresi-kimi-466738872.html
Qaz əməkdaşlığına qayıdış: Rusiya Federasiyası Azərbaycana nə təklif edə bilər
Qaz əməkdaşlığına qayıdış: Rusiya Federasiyası Azərbaycana nə təklif edə bilər
Sputnik Azərbaycan
Təcrübə göstərir ki, Bakı və Moskva qaz sənayesində uğurla əməkdaşlıq edə bilərlər və “Bakı-Novo-Fil” qaz kəməri həm normal, həm də əks rejimdə problemsiz... 19.08.2024, Sputnik Azərbaycan
2024-08-19T09:28+0400
2024-08-19T09:28+0400
2024-09-02T13:05+0400
rusiya
iqtisadiyyat
azərbaycan
azərbaycan
qaz
tədarük
iran
iran
iran parlamenti
"qazprom"
https://cdnn1.img.sputnik.az/img/42019/29/420192925_0:0:3245:1825_1920x0_80_0_0_7c153d3fbefb9e1a48565c70f4cf23dc.jpg
BAKI, 19 avqust — Sputnik. Azərbaycan və Rusiya arasında çoxvektorlu əməkdaşlıq ənənəvi olaraq neft-qaz sektorunda qarşılıqlı fəaliyyəti əhatə edir - Rusiya şirkətləri müstəqilliyin bərpasından sonra ölkənin ilk karbohidrogen layihələrində iştirak ediblər və bu gün neft və qaz hasilatı sahəsində böyük təşəbbüslərin səhmdarlarıdır. Dünya bazarına karbohidrogen tədarükçüləri kimi Azərbaycan və Rusiya vaxtaşırı neft və qazın mövsümi mübadiləsi üzrə əməkdaşlıq edirlər. Son layihələr arasında 2022-ci ildə bağlanmış mövsümi tədarük müqaviləsi də var ki, bu da 2022-ci ilin noyabrından 2023-cü ilin martına qədər olan dövrü əhatə edir. Belə ki, Rusiyadan Azərbaycana ümumi qaz tədarükü, təqribən 900 milyon kubmetr təşkil edib. Bu müqavilə çərçivəsində Azərbaycan 2023-cü ildə Rusiya bazarına 326 milyon kubmetrdən çox qaz ixrac edib. Təcrübə göstərib ki, Bakı və Moskva mövsümi qaz mübadiləsində uğurla əməkdaşlıq edə bilirlər və “mavi yanacağın” verildiyi “Bakı-Novo-Fil” qaz kəməri bir müddət dayanmasına baxmayaraq, həm normal, həm də əks rejimdə problemsiz işləyir. Ümumi gücü ildə 10 milyard kubmetr olan bu qaz kəməri ilə Rusiyanın “Qazprom” şirkəti 2000-2006-cı illərdə Azərbaycana qaz verib. Daha sonra Azərbaycanın “mavi yanacağa” daxili tələbatını tam ödəyən “Şahdəniz” yatağının işə salınması ilə əlaqədar tədarüklər dayandırılıb. 2010-cu ildən 2014-cü ilə qədər Azərbaycan vaxtaşırı Rusiyaya qaz tədarük edib, 2017 və 2018-ci illərdə isə “Qazprom” mövsümi olaraq Azərbaycana qaz ixrac edib. Bakı Moskvaya qaz qovşağı yaratmağa kömək edəcək Son iki ildə dünyadakı geosiyasi vəziyyət və bunun ardınca Qərbin Rusiyanı qlobal enerji ticarətindən təcrid etmək cəhdi Moskvanı neft və qaz ixracını alternativ bazarlara, xüsusən də Asiya bazarlarına yönəltməyə vadar edib. Rusiya region ölkələri ilə iqtisadiyyatların enerji ehtiyaclarını ödəməyə və Qərbin heç bir məhdudiyyətinə məruz qalmayacaq platformalar yaratmağa yönəlmiş qlobal enerji təşəbbüsləri həyata keçirir. Belə layihələrdən biri də müxtəlif mənbələrdən “mavi yanacağın” ticarəti və paylanmasının həyata keçiriləcəyi qaz qovşağının yaradılmasıdır. Bu gün Türkiyədə də analoji qovşağın yaradılması müzakirə edilir və bu təşəbbüsün İranda həyata keçirilməsi istiqamətində işlər aparılır. Bu ilin iyununda Rusiyanın “Qazprom” şirkəti və İran Milli Neft Şirkəti (NIGC) Rusiya boru kəməri qazının İrana tədarükünün təşkili üzrə memorandum imzalayıblar. Bu sazişin əsasları hələ 2022-ci ildə, NIGC və “Qazprom” şirkətləri arasında aşağıdakı sahələrdə qarşılıqlı fəaliyyət imkanlarının təhlilini nəzərdə tutan strateji əməkdaşlıq memorandumu imzalananda qoyulmuşdu: İranın neft-qaz və neft yataqlarının işlənməsi, təbii qaz və neft məhsulları ilə mübadilə əməliyyatlarının həyata keçirilməsi, iri və kiçik həcmli MTQ layihələrinin satışı, magistral qaz kəmərlərinin çəkilməsi, elmi-texniki və texnoloji əməkdaşlıq. 2022-ci ildən regional qaz qovşağının yaradılması çərçivəsində Rusiya ilə İran arasında svop tədarükünün yaradılması müzakirə edilir və Azərbaycan bu əməliyyatlarda vasitəçi ölkə kimi nəzərdən keçirilir. Svop tədarükü Rusiya qazının Azərbaycan vasitəsilə göndərilməsini və İranın şimalında istehlakını nəzərdə tutur. Oxşar həcmdə İran qazı üçüncü ölkələrə ixrac edilsəydi ixracda Rusiya Federasiyası müəyyən paya malik olacaqdı. Bununla yanaşı, zaman keçdikcə Rusiya qazının İrana tədarükünün artacağı, daxili istehlakdan ayrılan İran qazının həcmlərini mayeləşdirmək üçün İranın cənubunda zavodun tikiləcəyi də istisna edilmir. Rusiya bu məsələdə İranın tərəfdaşı ola bilər, xüsusən ona görə ki, həm Rusiya Federasiyası ilə Azərbaycan arasında, həm də Azərbaycanla İran arasında qaz nəqli üçün mövcud infrastruktur əhəmiyyətli həcmdə “mavi yanacağın” nəqlinə imkan verir. Azərbaycan Rusiya qazını Avropaya tədarük edəcəkmi? Azərbaycan və Rusiya Federasiyası arasında qaz əməkdaşlığının digər mümkün variantı Azərbaycan qazının Rusiyaya, oradan isə Ukraynanın qaz nəqli sistemi vasitəsilə Avropaya nəqli ola bilər. Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində bildirmişdi ki, Ukrayna “Qazprom”la tranzit sazişi başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını öyrənir. Daha sonra Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Aleksey Çernışev bildirib ki, Ukrayna hələ ki, Azərbaycan qazının Ukrayna qaz nəqliyyat sistemi (QNS) vasitəsilə tranziti barədə Azərbaycanla razılığa gəlməyib. Son zamanlar bu məsələ qlobal enerji bazarında fəal şəkildə müzakirə olunur, lakin bu tədarüklərin gələcəkdə necə baş verəcəyi çoxlu suallar yaradır. Belə kİ, Azərbaycan qazının tədarükünün həyata keçirilməsinin ən başa düşülən variantları belədir: Azərbaycan qazı “Bakı-Novo-Filya” qaz kəməri ilə Rusiyaya tədarük edir, Rusiya qazı Ukrayna ərazisinə vurur, sonra isə “mavi yanacaq” Avropaya gedir. Əgər Azərbaycan və Rusiya bu sxemin faydalı olduğuna qərar verilərsə, o zaman Bakı sazişin bütün tərəfləri arasında bir növ danışıqları aparan rolunu oynaya bilər.
https://sputnik.az/20240804/abs-avropaya-qaz-tedarukunu-keserek-a-nin-rusiya-eleyhine-planini-pozur-466460228.html
azərbaycan
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42019/29/420192925_0:0:2433:1825_1920x0_80_0_0_4b09d9f5ed68a6bc5d74e0fc605f2381.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
rusiya, azərbaycan, azərbaycan, qaz, tədarük, iran, iran, iran parlamenti, "qazprom", qazprom, kəmər, kəmər, bakı, moskva
rusiya, azərbaycan, azərbaycan, qaz, tədarük, iran, iran, iran parlamenti, "qazprom", qazprom, kəmər, kəmər, bakı, moskva
Qaz əməkdaşlığına qayıdış: Rusiya Federasiyası Azərbaycana nə təklif edə bilər
09:28 19.08.2024 (Yenilənib: 13:05 02.09.2024) Təcrübə göstərir ki, Bakı və Moskva qaz sənayesində uğurla əməkdaşlıq edə bilərlər və “Bakı-Novo-Fil” qaz kəməri həm normal, həm də əks rejimdə problemsiz işləyir.
BAKI, 19 avqust — Sputnik. Azərbaycan və Rusiya arasında çoxvektorlu əməkdaşlıq ənənəvi olaraq neft-qaz sektorunda qarşılıqlı fəaliyyəti əhatə edir - Rusiya şirkətləri müstəqilliyin bərpasından sonra ölkənin ilk karbohidrogen layihələrində iştirak ediblər və bu gün neft və qaz hasilatı sahəsində böyük təşəbbüslərin səhmdarlarıdır.
Dünya bazarına karbohidrogen tədarükçüləri kimi Azərbaycan və Rusiya vaxtaşırı neft və qazın mövsümi mübadiləsi üzrə əməkdaşlıq edirlər. Son layihələr arasında 2022-ci ildə bağlanmış mövsümi tədarük müqaviləsi də var ki, bu da 2022-ci ilin noyabrından 2023-cü ilin martına qədər olan dövrü əhatə edir. Belə ki, Rusiyadan Azərbaycana ümumi qaz tədarükü, təqribən 900 milyon kubmetr təşkil edib. Bu müqavilə çərçivəsində Azərbaycan 2023-cü ildə Rusiya bazarına 326 milyon kubmetrdən çox qaz ixrac edib.
Təcrübə göstərib ki, Bakı və Moskva mövsümi qaz mübadiləsində uğurla əməkdaşlıq edə bilirlər və “mavi yanacağın” verildiyi “Bakı-Novo-Fil” qaz kəməri bir müddət dayanmasına baxmayaraq, həm normal, həm də əks rejimdə problemsiz işləyir.
Ümumi gücü ildə 10 milyard kubmetr olan bu qaz kəməri ilə Rusiyanın “Qazprom” şirkəti 2000-2006-cı illərdə Azərbaycana qaz verib. Daha sonra Azərbaycanın “mavi yanacağa” daxili tələbatını tam ödəyən “Şahdəniz” yatağının işə salınması ilə əlaqədar tədarüklər dayandırılıb.
2010-cu ildən 2014-cü ilə qədər Azərbaycan vaxtaşırı Rusiyaya qaz tədarük edib, 2017 və 2018-ci illərdə isə “Qazprom” mövsümi olaraq Azərbaycana qaz ixrac edib.
Bakı Moskvaya qaz qovşağı yaratmağa kömək edəcək
Son iki ildə dünyadakı geosiyasi vəziyyət və bunun ardınca Qərbin Rusiyanı qlobal enerji ticarətindən təcrid etmək cəhdi Moskvanı neft və qaz ixracını alternativ bazarlara, xüsusən də Asiya bazarlarına yönəltməyə vadar edib.
Rusiya region ölkələri ilə iqtisadiyyatların enerji ehtiyaclarını ödəməyə və Qərbin heç bir məhdudiyyətinə məruz qalmayacaq platformalar yaratmağa yönəlmiş qlobal enerji təşəbbüsləri həyata keçirir.
Belə layihələrdən biri də müxtəlif mənbələrdən “mavi yanacağın” ticarəti və paylanmasının həyata keçiriləcəyi qaz qovşağının yaradılmasıdır. Bu gün Türkiyədə də analoji qovşağın yaradılması müzakirə edilir və bu təşəbbüsün İranda həyata keçirilməsi istiqamətində işlər aparılır.
Bu ilin iyununda Rusiyanın “Qazprom” şirkəti və İran Milli Neft Şirkəti (NIGC) Rusiya boru kəməri qazının İrana tədarükünün təşkili üzrə memorandum imzalayıblar. Bu sazişin əsasları hələ 2022-ci ildə, NIGC və “Qazprom” şirkətləri arasında aşağıdakı sahələrdə qarşılıqlı fəaliyyət imkanlarının təhlilini nəzərdə tutan strateji əməkdaşlıq memorandumu imzalananda qoyulmuşdu: İranın neft-qaz və neft yataqlarının işlənməsi, təbii qaz və neft məhsulları ilə mübadilə əməliyyatlarının həyata keçirilməsi, iri və kiçik həcmli MTQ layihələrinin satışı, magistral qaz kəmərlərinin çəkilməsi, elmi-texniki və texnoloji əməkdaşlıq.
2022-ci ildən regional qaz qovşağının yaradılması çərçivəsində Rusiya ilə İran arasında svop tədarükünün yaradılması müzakirə edilir və Azərbaycan bu əməliyyatlarda vasitəçi ölkə kimi nəzərdən keçirilir.
Svop tədarükü Rusiya qazının Azərbaycan vasitəsilə göndərilməsini və İranın şimalında istehlakını nəzərdə tutur. Oxşar həcmdə İran qazı üçüncü ölkələrə ixrac edilsəydi ixracda Rusiya Federasiyası müəyyən paya malik olacaqdı.
Bununla yanaşı, zaman keçdikcə Rusiya qazının İrana tədarükünün artacağı, daxili istehlakdan ayrılan İran qazının həcmlərini mayeləşdirmək üçün İranın cənubunda zavodun tikiləcəyi də istisna edilmir. Rusiya bu məsələdə İranın tərəfdaşı ola bilər, xüsusən ona görə ki, həm Rusiya Federasiyası ilə Azərbaycan arasında, həm də Azərbaycanla İran arasında qaz nəqli üçün mövcud infrastruktur əhəmiyyətli həcmdə “mavi yanacağın” nəqlinə imkan verir.
Azərbaycan Rusiya qazını Avropaya tədarük edəcəkmi?
Azərbaycan və Rusiya Federasiyası arasında qaz əməkdaşlığının digər mümkün variantı Azərbaycan qazının Rusiyaya, oradan isə Ukraynanın qaz nəqli sistemi vasitəsilə Avropaya nəqli ola bilər.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində bildirmişdi ki, Ukrayna “Qazprom”la tranzit sazişi başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını öyrənir.
Daha sonra Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Aleksey Çernışev bildirib ki, Ukrayna hələ ki, Azərbaycan qazının Ukrayna qaz nəqliyyat sistemi (QNS) vasitəsilə tranziti barədə Azərbaycanla razılığa gəlməyib.
Son zamanlar bu məsələ qlobal enerji bazarında fəal şəkildə müzakirə olunur, lakin bu tədarüklərin gələcəkdə necə baş verəcəyi çoxlu suallar yaradır.
Belə kİ, Azərbaycan qazının tədarükünün həyata keçirilməsinin ən başa düşülən variantları belədir: Azərbaycan qazı “Bakı-Novo-Filya” qaz kəməri ilə Rusiyaya tədarük edir, Rusiya qazı Ukrayna ərazisinə vurur, sonra isə “mavi yanacaq” Avropaya gedir. Əgər Azərbaycan və Rusiya bu sxemin faydalı olduğuna qərar verilərsə, o zaman Bakı sazişin bütün tərəfləri arasında bir növ danışıqları aparan rolunu oynaya bilər.