DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mask: ABŞ Harrisin iqtisadi planına görə böyük aclıqla üzləşəcək

© AP Photo / Czarek Sokolowskiİlon Mask, arxiv
İlon Mask, arxiv - Sputnik Azərbaycan, 1920, 18.08.2024
Abunə olmaq
Harrisin ərzaq qiymətlərinin məhdudlaşdırılması proqramı həyata keçirilərsə, bu, ABŞ-ın yeyinti sənayesinin iflasına gətirib çıxara bilər.
BAKI, 18 avqust - Sputnik. Demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gəlsə, ABŞ sakinləri kütləvi aclıq baş verəcəyini gözləyə bilərlər.
Amerikalı iş adamı İlon Mask bu barədə xəbərdarlıq edib.
X* sosial şəbəkəsində o, Harrisin ərzaq qiymətlərinin məhdudlaşdırılması proqramının həyata keçirilməsinin ölkənin yeyinti sənayesinin iflasına gətirib çıxaracağını, onun gəlirsiz hala düşəcəyini proqnozlaşdıran maliyyə ekspertinin yazısını paylaşıb.
Bu, müəllifin fikrincə, ABŞ-ın bir dövlət kimi dağılmasına və əhali arasında kütləvi aclığa səbəb ola bilər. Mask ekspertin bu proqnozu ilə razılaşaraq bunu “dəqiq nəticə” adlandırıb.
Bundan əvvəl İlon Mask ABŞ-ın keçmiş Prezidenti Donald Tramp razılaşacağı təqdirdə onunla rəqs etməyə hazır olduğunu bildirmişdi.
Xəbər lenti
0