DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Küveytdə yanacaq tədarükünün kəsilməsi səbəbindən elektrikin verilişi dayandırılıb

© iStock.com / Irina KlimovaЛампы накаливания
Лампы накаливания - Sputnik Azərbaycan, 1920, 18.08.2024
Abunə olmaq
BAKI, 18 avqust - Sputnik. Küveytin paytaxtında bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Elektrik, Su və Bərpaolunan Enerji Nazirliyi məlumat yayıb.
Elektrik enerjisinin kəsilməsinə səbəb istilik elektrik stansiyalarının yanacaq təchizatında yaranan fasilələr olub. Bununla yanaşı, duzsuzlaşdırma qurğularının da fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Küveyt təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada altıncı yerdədir. OPEC-in məlumatına görə, Küveytin neft ehtiyatları 101,5 milyard barel və ya dünya neft ehtiyatlarının təxminən 6%-i səviyyəsində qiymətləndirilir. 2023-cü ilin sonunda Küveytdə neft hasilatı gündə təxminən 2,8 milyon barel neft təşkil edib. Ölkə həm də əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir.
Xəbər lenti
0