https://sputnik.az/20240818/almaniyada-abs-raketlerinin-yerlesdirilmesi-herbi-eskalasiyaya-getirib-cixarir---siyasetci-466380898.html
Almaniya büdcəsində Ukraynaya yeni hərbi yardım göstərmək üçün pul yoxdur
Almaniya büdcəsində Ukraynaya yeni hərbi yardım göstərmək üçün pul yoxdur
Sputnik Azərbaycan
Ehtimal olunur ki, gələn il Ukraynaya hərbi dəstək iki dəfə azala bilər. 18.08.2024, Sputnik Azərbaycan
2024-08-18T09:21+0400
2024-08-18T09:21+0400
2024-08-17T22:11+0400
almaniya
dünya xəbərləri
abş
ukrayna
olaf şolts
raket
silah
putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/458001577_0:161:3071:1888_1920x0_80_0_0_e6eb26ee67a566ef0e91727a0494406c.jpg
BAKI, 18 avqust — Sputnik. Ukraynaya Almaniyanın hərbi yardımını məhdudlaşdırmaq lazımdır, çünki hazırda dövlət büdcəsində bu məqsədlər üçün vəsait yoxdur.Almaniyanın maliyyə naziri Kristian Lindnerin Müdafiə Nazirliyinin və Xarici Işlər Nazirliyinin başçıları Boris Pistorius və Annalena Berboka yazdığı məktub bundan bəhs edir.Məktubun məzmunu barədə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti yazıb.Qeyd edilib ki, əvvəllər təsdiq edilmiş hərbi texnika hələ də Kiyev rejiminə verilir, lakin Müdafiə Nazirliyinin əlavə müraciətləri təsdiqlənməməlidir.Nəşrin yazdığına görə, yuxarıdakı bloklamanın təsiri artıq hiss olunur. Xüsusilə, buna görə IRIS-T hava hücumundan müdafiə təchizatını maliyyələşdirmək mümkün olmayıb.Ehtimal olunur ki, gələn il Ukraynaya hərbi dəstək, demək olar ki, yarıya qədər azala bilər.Bundan əlavə, qadağa Almaniya hökumətində nifaq səbəbinə çevrilib: Almaniya kansleri Olaf Şoltsun departamenti maliyyələşdirməni məhdudlaşdırmaq niyyətindədir, ölkənin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi isə bununla razılaşmır.Bundan əvvəl Almaniya Müdafiə Nazirliyi ilin sonuna qədər Kiyevə dörd IRIS-T hava hücumundan müdafiə sistemi tədarük edəcəyini açıqlamışdı.30.07.24, 23:10Almaniyada ABŞ raketlərinin yerləşdirilməsi hərbi eskalasiyaya gətirib çıxarır - SiyasətçiABŞ raketlərinin Almaniyada yerləşdirilməsi qərarı hərbi eskalasiyaya doğru bir addımdır, Almaniya hökuməti bu kursdan geri çəkilməlidir. Bunu yeni yaradılmış "Sara Vaqenknext - İdrak və Ədalət Alyansı"nın (SRU) həmsədri Amira Moxamed Əli "Rheinische Post" qəzetinə müsahibəsində deyib. Bundan əvvəl ABŞ administrasiyası və Almaniya hökuməti 2026-cı ildən Almaniyada ABŞ-ın uzaqmənzilli raket sistemlərini yerləşdirmək planlarını açıqlayıb. "ABŞ-ın uzaqmənzilli raketlərinin Almaniyada yerləşdirilməsi hərbi eskalasiyaya doğru daha bir addımdır. Bu, Almaniya hökumətinin bu istiqamətdən geri dönməli olduğu son dərəcə təhlükəli kursdur", partiyanın həmsədri bildirib. Onun sözlərinə görə, bu addım Almaniya üçün hərbi riski ciddi şəkildə artırır. "Əlbəttə, Şolts belə genişmiqyaslı qərar qəbul etmək üçün parlamenti gözardı etməməli idi", o deyib. Daha əvvəl Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Kristian Hofman bildirmişdi ki, Almaniya hökuməti Rusiya prezidenti Vladimir Putinin orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə moratoriumun qoyulması ilə bağlı sözlərini nəzərə alır, lakin Berlin çəkindirici vasitələrin yerləşdirilməsində israrlıdır. İyulun 28-də Putin Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günündə deyib ki, ABŞ silahları Almaniyada yerləşdiriləcəyi təqdirdə Rusiya özünü orta və qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə moratoriumdan azad hesab edəcək.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/458001577_170:0:2901:2048_1920x0_80_0_0_becd302457d9ea087e1f208def6fb6af.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
almaniya, abş, ukrayna, olaf şolts, raket, silah, putin, vladimir putin
almaniya, abş, ukrayna, olaf şolts, raket, silah, putin, vladimir putin
Almaniya büdcəsində Ukraynaya yeni hərbi yardım göstərmək üçün pul yoxdur
Ehtimal olunur ki, gələn il Ukraynaya hərbi dəstək iki dəfə azala bilər.
BAKI, 18 avqust — Sputnik. Ukraynaya Almaniyanın hərbi yardımını məhdudlaşdırmaq lazımdır, çünki hazırda dövlət büdcəsində bu məqsədlər üçün vəsait yoxdur.
Almaniyanın maliyyə naziri Kristian Lindnerin Müdafiə Nazirliyinin və Xarici Işlər Nazirliyinin başçıları Boris Pistorius və Annalena Berboka yazdığı məktub bundan bəhs edir.
Məktubun məzmunu barədə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti yazıb.
Qeyd edilib ki, əvvəllər təsdiq edilmiş hərbi texnika hələ də Kiyev rejiminə verilir, lakin Müdafiə Nazirliyinin əlavə müraciətləri təsdiqlənməməlidir.
Nəşrin yazdığına görə, yuxarıdakı bloklamanın təsiri artıq hiss olunur. Xüsusilə, buna görə IRIS-T hava hücumundan müdafiə təchizatını maliyyələşdirmək mümkün olmayıb.
Ehtimal olunur ki, gələn il Ukraynaya hərbi dəstək, demək olar ki, yarıya qədər azala bilər.
Bundan əlavə, qadağa Almaniya hökumətində nifaq səbəbinə çevrilib: Almaniya kansleri Olaf Şoltsun departamenti maliyyələşdirməni məhdudlaşdırmaq niyyətindədir, ölkənin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi isə bununla razılaşmır.
Bundan əvvəl Almaniya Müdafiə Nazirliyi ilin sonuna qədər Kiyevə dörd IRIS-T hava hücumundan müdafiə sistemi tədarük edəcəyini açıqlamışdı.
Almaniyada ABŞ raketlərinin yerləşdirilməsi hərbi eskalasiyaya gətirib çıxarır - Siyasətçi
ABŞ raketlərinin Almaniyada yerləşdirilməsi qərarı hərbi eskalasiyaya doğru bir addımdır, Almaniya hökuməti bu kursdan geri çəkilməlidir. Bunu yeni yaradılmış "Sara Vaqenknext - İdrak və Ədalət Alyansı"nın (SRU) həmsədri Amira Moxamed Əli "Rheinische Post" qəzetinə müsahibəsində deyib.
Bundan əvvəl ABŞ administrasiyası və Almaniya hökuməti 2026-cı ildən Almaniyada ABŞ-ın uzaqmənzilli raket sistemlərini yerləşdirmək planlarını açıqlayıb.
"ABŞ-ın uzaqmənzilli raketlərinin Almaniyada yerləşdirilməsi hərbi eskalasiyaya doğru daha bir addımdır. Bu, Almaniya hökumətinin bu istiqamətdən geri dönməli olduğu son dərəcə təhlükəli kursdur", partiyanın həmsədri bildirib.
Onun sözlərinə görə, bu addım Almaniya üçün hərbi riski ciddi şəkildə artırır.
"Əlbəttə, Şolts belə genişmiqyaslı qərar qəbul etmək üçün parlamenti gözardı etməməli idi", o deyib.
Daha əvvəl Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Kristian Hofman bildirmişdi ki, Almaniya hökuməti Rusiya prezidenti Vladimir Putinin orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə moratoriumun qoyulması ilə bağlı sözlərini nəzərə alır, lakin Berlin çəkindirici vasitələrin yerləşdirilməsində israrlıdır.
İyulun 28-də Putin Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günündə deyib ki, ABŞ silahları Almaniyada yerləşdiriləcəyi təqdirdə Rusiya özünü orta və qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə moratoriumdan azad hesab edəcək.