Tarixdə bu gün: 17 avqust – FOTO
© Sputnik17 avqust
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 15 avqust — Sputnik. Avqustun 17-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 17-də kimlər anadan olub?
Müslüm Maqomayev (1942-2008) - Sovet, Azərbaycan və Rusiya estrada və opera müğənnisi, bəstəkar, kino aktyoru, Azərbaycan SSR xalq artisti, SSRİ xalq artistidir. O, həm Sovet İttifaqında, həm də Şərqi Avropada məşhur olub.
Müslüm Maqomayev
© Sputnik / Борис Елин
/ İlhamə Quliyeva (1943-2016) - müğənni, Azərbaycanın xalq artistidir. O, Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (1965-1970), Azərbaycan Dövlət Filarmoniyasının (1970-1980), Azərbaycan Dövlət Qastrol və Konsert Birliyinin ("Azkonsert") (1980) estrada orkestrinin solisti olub.
© Photo : Publika.azİlhamə Quliyeva
İlhamə Quliyeva
© Photo : Publika.az
Oleq Tabakov (1935-2018) - Sovet və Rusiya aktyoru, teatr və kino rejissoru, SSRİ xalq artistidir. O, A.P. Çexov adına Moskva İncəsənət Teatrının bədii rəhbəri və direktorudur (2000-2018).
© Sputnik / Yevgeny OdinokovOleq Tabakov
Oleq Tabakov
© Sputnik / Yevgeny Odinokov
Robert De Niro (1943) - amerikalı aktyor, prodüser və rejissordur. Kriminal filmlər və trillerlərdəki rolları ilə tanınan aktyor rejissor Martin Skorseze ilə əməkdaşlıq edib. O, "Qızıl Qlobus" (1981, 2011) və "Oskar" (1975, 1981) mükafatları laureatıdır.
© Michael Zorn / Invision / APRobert De Niro
Robert De Niro
© Michael Zorn / Invision / AP
Şon Penn (1960) - amerikalı aktyor, kinorejissor, ssenarist və prodüserdir. O, "Sirli çay" və "Harvi Milk" filmlərində baş rollara görə "Oskar" mükafatı laureatımı alıb. Bundan əlavə aktyor üç böyük film festivalın – "Kann", "Venesiya" (iki dəfə) və "Berlin mükafatlarını qazanıb.
© AP Photo / Chris PizzelloŞon Pen, arxiv şəkli
Şon Pen, arxiv şəkli
© AP Photo / Chris Pizzello
17 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1771-ci ildə ingilis alimi C.Pristli fotosintezi - bitkilərin oksigen buraxma qabiliyyətini kəşf edib.
1896-cı ildə Londonda Artur Edselin idarə etdiyi avtomobil iki uşaq anası olan 44 yaşlı Bridjit Driskolu vurub. Bu, ölümlə nəticələnən qəza avtomobilin piyadanı vurması ilə bağlı dünyada ilk hadisə olub.
1903-cü ildə "sarı mətbuat"ın banisi hesab edilən amerikalı jurnalist Cozef Pulitser "Pulitser" mükafatını təsis edib.
1945-ci ildə İndoneziya Hollandiyadan müstəqilliyini elan edib.
1970-ci ildə SSRİ-də Baykonur kosmodromundan planetin səthindən məlumatları uğurla ötürən ilk "Venera-7" kosmik gəmisi buraxılıb.
1992-ci ildən Beynəlxalq Heyvan Hüquqları Cəmiyyətinin təşəbbüsü ilə təqvimə daxil olan Ümumdünya Sahibsiz Heyvanlar Günü qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.