https://sputnik.az/20240817/miller-azerbaycan-ermenistan-munasibetlerinin-tenzimlenmesi-dialoqdan-kecir-463835336.html
ABŞ-ın Dövlət Departamenti: Azərbaycan və Ermənistanla işləməyə hazırıq!
ABŞ-ın Dövlət Departamenti: Azərbaycan və Ermənistanla işləməyə hazırıq!
Sputnik Azərbaycan
Dövlət Departamenti bəyan edib ki, ABŞ hökuməti Ermənistanla Azərbaycanın uzunmüddətli və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir. 17.08.2024, Sputnik Azərbaycan
2024-08-17T15:31+0400
2024-08-17T15:31+0400
2024-08-17T18:23+0400
azərbaycan-ermənistan
siyasət
abş dövlət departamenti
dövlət departamenti
abş dövlət departamenti
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1a/440477927_0:156:3000:1844_1920x0_80_0_0_966d85e14ca47188103c257a259cc791.jpg
BAKI, 17 avqust — Sputnik. ABŞ Azərbaycan və Ermənistanla tərəflərin razılaşa və irəliləyiş əldə edə biləcəyi istənilən formatda işləməyə hazırdır.Bu barədə ABŞ Dövlət Departamentinin ATƏT-in Minsk qrupunun gələcək formatı və bu məsələ ilə bağlı Amerika tərəfinin mövqeyi ilə bağlı sorğuya cavabında deyilir. “ABŞ hökuməti Ermənistanla Azərbaycanın uzunmüddətli və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir. Biz tərəflərin razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəkləri istənilən formatda hər iki tərəflə işləməyə hazırıq” - Dövlət Departamentinin bəyanatında qeyd edilib.15.07.24, 23:20ABŞ-ın Dövlət Departamenti: Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş varABŞ-nin Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb.Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib.Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir:“Sülh razılaşması region, regionda sülh və təhlükəsizlik üçün çox vacib olardı. Razılaşmanın mümkün olduğunu düşünürük, bunun üçün hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompromislər tələb olunacaq”.09.04.24, 23:28Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi dialoqdan keçirErmənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi dialoqdan keçir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə bildirib. "Biz hər iki tərəfin diqqətinə dialoqun vacibliyi ilə bağlı mövqeyimizi çatdırmışıq. Rəsmi Vaşinqton hər zaman Azərbaycan və Ermənistan arasında müzakirə mühitinin mövcudluğunu dəstəkləyir. Bunu dövlət katibi Antoni Blinken liderlərlə ayrı-ayrılıqda müzakirələr zamanı da bəyan edib. Azərbaycanla Ermənistan arasındakı dialoqda rol oynamağa hazırıq. Bununla belə mən yaxın vaxtlarda hər hansı görüşün keçirilib-keçirilməyəcəyi barədə fikir söyləməyin tez olduğunu düşünürəm", - o deyib. Xatırladaq ki, bir müddət əvvəl Miller bildirmişdi ki, ABŞ-nin Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı fəaliyyəti davamlı sülhün əldə edilməsinə yönəlib. "Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir əlaqəmizdə məqsəd onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir", - Miller bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1a/440477927_168:0:2833:1999_1920x0_80_0_0_ea26f25cfbb1f2beef6ff79ed9459705.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan-ermənistan, abş dövlət departamenti, dövlət departamenti, abş dövlət departamenti
azərbaycan-ermənistan, abş dövlət departamenti, dövlət departamenti, abş dövlət departamenti
ABŞ-ın Dövlət Departamenti: Azərbaycan və Ermənistanla işləməyə hazırıq!
15:31 17.08.2024 (Yenilənib: 18:23 17.08.2024) Dövlət Departamenti bəyan edib ki, ABŞ hökuməti Ermənistanla Azərbaycanın uzunmüddətli və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir.
BAKI, 17 avqust — Sputnik. ABŞ Azərbaycan və Ermənistanla tərəflərin razılaşa və irəliləyiş əldə edə biləcəyi istənilən formatda işləməyə hazırdır.
Bu barədə ABŞ Dövlət Departamentinin ATƏT-in Minsk qrupunun gələcək formatı və bu məsələ ilə bağlı Amerika tərəfinin mövqeyi ilə bağlı sorğuya cavabında deyilir.
“ABŞ hökuməti Ermənistanla Azərbaycanın uzunmüddətli və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir. Biz tərəflərin razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəkləri istənilən formatda hər iki tərəflə işləməyə hazırıq” - Dövlət Departamentinin bəyanatında qeyd edilib.
ABŞ-ın Dövlət Departamenti: Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş var
ABŞ-nin Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb.
Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib.
Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir:
“Sülh razılaşması region, regionda sülh və təhlükəsizlik üçün çox vacib olardı. Razılaşmanın mümkün olduğunu düşünürük, bunun üçün hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompromislər tələb olunacaq”.
Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi dialoqdan keçir
Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi dialoqdan keçir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə bildirib.
"Biz hər iki tərəfin diqqətinə dialoqun vacibliyi ilə bağlı mövqeyimizi çatdırmışıq. Rəsmi Vaşinqton hər zaman Azərbaycan və Ermənistan arasında müzakirə mühitinin mövcudluğunu dəstəkləyir. Bunu dövlət katibi Antoni Blinken liderlərlə ayrı-ayrılıqda müzakirələr zamanı da bəyan edib.
Azərbaycanla Ermənistan arasındakı dialoqda rol oynamağa hazırıq. Bununla belə mən yaxın vaxtlarda hər hansı görüşün keçirilib-keçirilməyəcəyi barədə fikir söyləməyin tez olduğunu düşünürəm", - o deyib.
Xatırladaq ki, bir müddət əvvəl Miller bildirmişdi ki, ABŞ-nin Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı fəaliyyəti davamlı sülhün əldə edilməsinə yönəlib.
"Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir əlaqəmizdə məqsəd onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir", - Miller bildirib.