https://sputnik.az/20240817/azerbaycana-silah-sursat-idxali-vergi-ve-gomruk-rusumundan-azad-olunub-466748223.html
Azərbaycana silah-sursat idxalı vergi və gömrük rüsumundan azad olunub
Azərbaycana silah-sursat idxalı vergi və gömrük rüsumundan azad olunub
Sputnik Azərbaycan
Prezident İlham Əliyev Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb. 17.08.2024, Sputnik Azərbaycan
2024-08-17T20:00+0400
2024-08-17T20:00+0400
2024-08-17T20:00+0400
hərbi
silah
silah-sursat
avtomat silah
idxal
idxal rüsumu
prezident ilham əliyev
dövlət rüsumu
"dövlət rüsumu haqqında" qanun
dövlət rüsumu haqqında
https://cdnn1.img.sputnik.az/img/41718/11/417181136_0:0:2000:1125_1920x0_80_0_0_57c8a8822f734a46e52956aa1803c501.jpg
BAKI, 17 avqust - Sputnik. Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunub.Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.“Gömrük tarifi haqqında” qanuna edilmiş dəyişikliklə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialın və xammalın idxalı gömrük rüsumundan azad olunub.Bundan başqa, Vergi Məcəlləsinə edilmiş dəyişikliklə isə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi vergidən azad edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41718/11/417181136_227:0:2000:1330_1920x0_80_0_0_fdefbfae49d2298415fbbf0df4938e82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
silah, silah-sursat, avtomat silah, idxal, idxal rüsumu, prezident ilham əliyev, dövlət rüsumu, "dövlət rüsumu haqqında" qanun, dövlət rüsumu haqqında
silah, silah-sursat, avtomat silah, idxal, idxal rüsumu, prezident ilham əliyev, dövlət rüsumu, "dövlət rüsumu haqqında" qanun, dövlət rüsumu haqqında
Azərbaycana silah-sursat idxalı vergi və gömrük rüsumundan azad olunub
Prezident İlham Əliyev Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
BAKI, 17 avqust - Sputnik. Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunub.
Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
“Gömrük tarifi haqqında” qanuna edilmiş dəyişikliklə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialın və xammalın idxalı gömrük rüsumundan azad olunub.
Bundan başqa, Vergi Məcəlləsinə edilmiş dəyişikliklə isə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi vergidən azad edilib.