SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya Xəzər dənizi üzrə danışıqların əsas mahiyyətini açıqladı

© Photo : MFA XİN
XİN - Sputnik Azərbaycan, 1920, 17.08.2024
Abunə olmaq
Rusiya XİN-in təmsilçisi deyib ki, birgə saziş mürəkkəb məsələdir, çünki bir neçə dövlətin milli maraqları kəsişir.
BAKI, 17 avqust — Sputnik. Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması haqqında sazişin bağlanması beş dənizyanı ölkə arasında danışıqların əsasını təşkil edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov Həştərxanda keçirilən Xəzər Media Forumunda bildirib.
Onun sözlərinə görə, bu, ölkələrə dövlət sərhədlərini və balıqçılıq zonalarını müəyyən etməyə imkan verəcək.
Petrakov deyib ki, birgə saziş mürəkkəb məsələdir, çünki bir neçə dövlətin milli maraqları kəsişir:
“Danışıqlar prosesinin təfərrüatlarını açıqlaya bilmərəm, lakin biz Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupu çərçivəsində bu məsələ ilə bağlı kifayət qədər irəliləyiş əldə edə bilmişik”.
Petrakov qeyd edib ki, Xəzər gənc regiondur, 1991-ci ildə bu strukturda yeni dövlətlərin yaranması ilə formalaşıb. Beş dövlət - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edir. 2018-ci ildə dövlətlər arasında qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edən ilk konvensiya imzalanıb.
14.08.24, 11:26
Aşqabadda Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi keçiriləcək
Bu ilin sonunda Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müşavirəsinin keçirilməsi planlaşdırılır.
Bu barədə Rusiyanın Aşqabaddakı müvəqqəti işlər vəkili Pyotr Şukin bildirib.
"Xəzər regionunun geostrateji, siyasi, resurs, nəqliyyat və iqtisadi potensialını nəzərə alsaq, onun Avrasiyanın mərkəzində yerləşən ən mühüm birləşdirici halqa kimi rolu yalnız artacaq. Xəzər regionunun bütün dövlətlərinin ərazisindən keçən və hazırda inkişafı istiqamətində işlərin fəal şəkildə aparıldığı "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti də artmaqdadır" - diplomat deyib.
Onun sözlərinə görə, bu günə qədər regional əməkdaşlığa dair 9 beştərəfli dövlətlərarası saziş və protokoldan ibarət sanballı hüquqi baza yaratmaq mümkün olub. Daha bir neçə sənəd isə işlənmə və ya ratifikasiya mərhələsindədir.
Xəbər lenti
0