https://sputnik.az/20240816/ypx-narkotik-dasiyan-surucunu-saxlayib-466711692.html
YPX narkotik daşıyan sürücünü saxlayıb
YPX narkotik daşıyan sürücünü saxlayıb
Sputnik Azərbaycan
YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə tabesizlik göstərən sürücü – Lənkəran rayon sakini Faiq İsayev saxlanılıb. 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T10:52+0400
2024-08-16T10:52+0400
2024-08-16T10:52+0400
ypx
cəmiyyət
baş dövlət yol polisi idarəsi
narkotik
sürücü
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435079500_0:103:2000:1228_1920x0_80_0_0_5bfe8a95ab9cbed25fd738d6a3367f3f.jpg
BAKI, 16 avqust — Sputnik. Narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünün kirayələdiyi avtomobillə narkotik daşıdığı məlum olub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, Ələt-Astara yolu üzərində yerləşən stasionar postunda "KIA" markalı avtomobilin sürücüsü yol-patrul xidməti əməkdaşının "Saxla" işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə tabesizlik göstərən sürücü – Lənkəran rayon sakini Faiq İsayev saxlanılıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435079500_114:0:1887:1330_1920x0_80_0_0_49f49e55bea55a44677d6cd990ceb819.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ypx, baş dövlət yol polisi idarəsi, narkotik, sürücü
ypx, baş dövlət yol polisi idarəsi, narkotik, sürücü
YPX narkotik daşıyan sürücünü saxlayıb
YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə tabesizlik göstərən sürücü – Lənkəran rayon sakini Faiq İsayev saxlanılıb.
BAKI, 16 avqust — Sputnik. Narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünün kirayələdiyi avtomobillə narkotik daşıdığı məlum olub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Ələt-Astara yolu üzərində yerləşən stasionar postunda "KIA" markalı avtomobilin sürücüsü yol-patrul xidməti əməkdaşının "Saxla" işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə tabesizlik göstərən sürücü – Lənkəran rayon sakini Faiq İsayev saxlanılıb.
"Araşdırma zamanı F.İsayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi və kirayələdiyi avtomobildə narkotik vasitə daşıması müəyyən olunub. Belə ki, avtomobilə baxış zamanı oradan ayrı-ayrı qablaşdırılmış ümumi çəkisi iki kiloqrama yaxın olan narkotik vasitə aşkarlanaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi məqsədilə avtomobil kirayələyən F.İsayev aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib. Faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.