https://sputnik.az/20240816/ust-nin-bas-direktoru-meymunciceyi-ile-bagli-olkelere-cagiris-edib-466718970.html
ÜST-nin baş direktoru meymunçiçəyi ilə bağlı ölkələrə çağırış edib
ÜST-nin baş direktoru meymunçiçəyi ilə bağlı ölkələrə çağırış edib
Sputnik Azərbaycan
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T13:01+0400
2024-08-16T13:01+0400
2024-08-16T13:01+0400
üst
səhiyyə
meymun
çiçək
yoluxma
azərbaycan
virus
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441956612_0:0:3077:1731_1920x0_80_0_0_e170ab6ba19ef17f00a7b2080fa7b47a.jpg
BAKI, 16 avqust — Sputnik. "Mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantının İsveçdə qeydə alınması bu virusun təsirinə məruz qalan ölkələrin ona qarşı birgə mübarizəsinin vacibliyini vurğulayır". Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus "X" hesabında bildirib. O, bütün ölkələri "nəzarəti gücləndirməyə, məlumatları paylaşmağa və virusun yayılmasını daha yaxşı başa düşmək üçün birgə işləməyə, vaksinləri paylaşmağa və beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə ilə bağlı fövqəladə hallardan çıxarılmış dərsləri cari epidemiyanın həllində tətbiq etməyə" çağırıb. Səhiyyə Nazirliyi: Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb Qeyd edək ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır. Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib. Xəstəlik qızdırma və ümumi qripə bənzər simptomlarla, ardınca dəridə qabarcıq səpgilərlə özünü büruzə verir. Nadir hallarda ölümcül olur və simptomlar adətən iki-dörd həftə ərzində keçir. Əksər hallarda xəstəxana müalicəsi tələb olunmur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441956612_121:0:2852:2048_1920x0_80_0_0_1b529903c8b776e0157fecf25cec6c37.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst, meymun, çiçək, yoluxma, azərbaycan, virus
üst, meymun, çiçək, yoluxma, azərbaycan, virus
ÜST-nin baş direktoru meymunçiçəyi ilə bağlı ölkələrə çağırış edib
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
BAKI, 16 avqust — Sputnik. "Mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantının İsveçdə qeydə alınması bu virusun təsirinə məruz qalan ölkələrin ona qarşı birgə mübarizəsinin vacibliyini vurğulayır". Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus "X" hesabında bildirib.
O, bütün ölkələri "nəzarəti gücləndirməyə, məlumatları paylaşmağa və virusun yayılmasını daha yaxşı başa düşmək üçün birgə işləməyə, vaksinləri paylaşmağa və beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə ilə bağlı fövqəladə hallardan çıxarılmış dərsləri cari epidemiyanın həllində tətbiq etməyə" çağırıb.
Səhiyyə Nazirliyi: Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb
Qeyd edək ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.
Xəstəlik qızdırma və ümumi qripə bənzər simptomlarla, ardınca dəridə qabarcıq səpgilərlə özünü büruzə verir. Nadir hallarda ölümcül olur və simptomlar adətən iki-dörd həftə ərzində keçir. Əksər hallarda xəstəxana müalicəsi tələb olunmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.