https://sputnik.az/20240816/turkiyenin-zmir-ve-manisa-vilayetlerinde-mese-yanginlari---vdeo-466736936.html
Türkiyənin İzmir və Manisa vilayətlərində meşə yanğınları - VİDEO
Türkiyənin İzmir və Manisa vilayətlərində meşə yanğınları - VİDEO
Sputnik Azərbaycan
İzmirin valisi Süleyman Elban yanğınlar zamanı insan tələfatına yol verilməməsi üçün kəndlərdən birinin, eləcə də bir yaşayış məntəqəsində iki məhəllənin... 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T18:06+0400
2024-08-16T18:06+0400
2024-08-16T18:06+0400
türkiyə
dünya xəbərləri
yanğın
meşə
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443420379_0:129:3072:1857_1920x0_80_0_0_7f805c96bfdf5592656c316bcc3caef7.jpg
BAKI, 16 avqust — Sputnik. Ötən axşamdan Türkiyənin İzmir və Manisa vilayətlərində meşə yanğınları başlayıb. "TRT Haber"in məlumatına görə, alovun daha da genişlənməsinin qarşısını almaq üçün əraziyə personalının ümumi sayı 1000 nəfərə çatan yanğınsöndürmə briqadaları, xeyli sayda xüsusi texnika və helikopterlər cəlb edilib. İzmirin valisi Süleyman Elban yanğınlar zamanı insan tələfatına yol verilməməsi üçün kəndlərdən birinin, eləcə də bir yaşayış məntəqəsində iki məhəllənin tamamilə boşaldıldığını bildirib. O deyib ki, yerli əhali arasında tələfat qeydə alınmayıb. Vali yanğınla effektiv mübarizə üçün küləyin sürətinin səngiməsinin vacibliyinə toxunub. Məlumata əsasən, sürəti saatda 80 kilometrə çatan külək alovun ram edilməsinə imkan vermir. Bolu, Manisa və Çanakkale bölgələri də meşə yanğınları ilə əhatələnib. Gecə boyunca davam edən yanğınsöndürmə işləri nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Türkiyənin əkinçilik və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Çanakkalenin Eceabat qəsəbəsindəki yanğınlar zamanı 700 hektar meşə sahəsinin yararsız hala düşdüyünü açıqlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443420379_341:0:3072:2048_1920x0_80_0_0_fa9710fed35a83cfcf356fadc00bc400.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, yanğın, meşə
Türkiyənin İzmir və Manisa vilayətlərində meşə yanğınları - VİDEO
İzmirin valisi Süleyman Elban yanğınlar zamanı insan tələfatına yol verilməməsi üçün kəndlərdən birinin, eləcə də bir yaşayış məntəqəsində iki məhəllənin tamamilə boşaldıldığını bildirib.
BAKI, 16 avqust — Sputnik. Ötən axşamdan Türkiyənin İzmir və Manisa vilayətlərində meşə yanğınları başlayıb. "TRT Haber"in məlumatına görə, alovun daha da genişlənməsinin qarşısını almaq üçün əraziyə personalının ümumi sayı 1000 nəfərə çatan yanğınsöndürmə briqadaları, xeyli sayda xüsusi texnika və helikopterlər cəlb edilib.
İzmirin valisi Süleyman Elban yanğınlar zamanı insan tələfatına yol verilməməsi üçün kəndlərdən birinin, eləcə də bir yaşayış məntəqəsində iki məhəllənin tamamilə boşaldıldığını bildirib. O deyib ki, yerli əhali arasında tələfat qeydə alınmayıb. Vali yanğınla effektiv mübarizə üçün küləyin sürətinin səngiməsinin vacibliyinə toxunub. Məlumata əsasən, sürəti saatda 80 kilometrə çatan külək alovun ram edilməsinə imkan vermir.
Bolu, Manisa və Çanakkale bölgələri də meşə yanğınları ilə əhatələnib. Gecə boyunca davam edən yanğınsöndürmə işləri nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.
Türkiyənin əkinçilik və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Çanakkalenin Eceabat qəsəbəsindəki yanğınlar zamanı 700 hektar meşə sahəsinin yararsız hala düşdüyünü açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.