https://sputnik.az/20240816/sulhun-bir-addimliginda-ateskes-niye-pozulur-466724480.html
Sülhün bir addımlığında atəşkəs niyə pozulur?
Sülhün bir addımlığında atəşkəs niyə pozulur?
Sputnik Azərbaycan
Poilitoloq bidlirir ki, Naxçıvan istiqamətində atəşkəsin pozulması regionda sülhü istəməyən qüvvələrin işidir. 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T14:56+0400
2024-08-16T14:56+0400
2024-08-16T14:56+0400
atəşkəs
azərbaycan-ermənistan sərhədində vəziyyət
azərbaycan
ermənistan
politoloq
ekspert
təxribat
sülh sazişi
sərhəd
naxçıvan
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/04/448237869_0:0:1000:563_1920x0_80_0_0_81aff83b254e8162e2a5e61f68996dc1.jpg
BAKI, 16 avqust — Sputnik. Artıq bir müddətdir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda müşahidə edilən sakitlik fonunda iki ölkə sərhədində silahlar yenidən işə düşüb. Azərbaycan Müdafiə Nazirliyi ardıcıl olaraq iki gün ərzində məlumat yayaraq bildirib ki, Naxçıvan istiqamətində ordumuzun bölmələri atəşə tutulub. Hazırkı şəraitdə atəşkəsin pozulması sual doğurur. Çünki bir müddət əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov açıqlamışdı ki, Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır.Azərbaycan Prezidentinin nümayəndəsi onu da bildirmişdi ki, hazırda danışıqları asanlaşdıran amillərdən biri də hər iki tərəfin qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkilini, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşmasıdır.Hərbi məsələlər üzrə ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov Sputnik Azərbaycan-a bildirib ki, atəşkəsin pozulması Ermənistanın razılaşmalardan boyun qaçırmasının bariz nümunəsidir:Hərbi ekspert onu da deyir ki, atəşkəsin pozulması istənilən halda xoşagəlməz haldır:Poilitoloq İlyas Hüseynov isə bidlirir ki, Naxçıvan istiqamətində atəşkəsin pozulması regionda sülhü istəməyən qüvvələrin işidir və Ermənistan da bu təxribatda yer alır:"Bu cür təxribatlar dəfələrlə baş verib. Təxribatların miqyası böyüyəndə Azərbaycan çox qətiyyətlə və kəskin cavablar verib. Bundan sonra isə beynəlxalq arenada Ermənistanın şikayətləri başlayıb, Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb. Bu gün də Azərbaycanı cavab tədbirləri görməyə sövq edirlər. Ermənistan isə hərbi-siyasi təxribatlar törətməkdə maraqlıdır. Azərbaycanın hərbi gücü Ermənistana yaxşı bəllidir. Yəni, hər bir halda törədilən təxribatdan itirən tərəf Ermənistandır". Politoloq deyir ki, regionda atəşkəsin pozulması sülh prosesi ilə bağlı görülən işlərə müdaxilə cəhdidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240625/ermenistanin-tekliflerinin-arxasinda-hansi-meqsedler-gizlenib-465577905.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/04/448237869_125:0:876:563_1920x0_80_0_0_185067100841b2be20cf09f35549d19d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
atəşkəs, azərbaycan, ermənistan, politoloq, ekspert, təxribat, sülh sazişi, sərhəd, naxçıvan
atəşkəs, azərbaycan, ermənistan, politoloq, ekspert, təxribat, sülh sazişi, sərhəd, naxçıvan
Sülhün bir addımlığında atəşkəs niyə pozulur?
Poilitoloq bidlirir ki, Naxçıvan istiqamətində atəşkəsin pozulması regionda sülhü istəməyən qüvvələrin işidir.
BAKI, 16 avqust — Sputnik. Artıq bir müddətdir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda müşahidə edilən sakitlik fonunda iki ölkə sərhədində silahlar yenidən işə düşüb. Azərbaycan Müdafiə Nazirliyi ardıcıl olaraq iki gün ərzində məlumat yayaraq bildirib ki, Naxçıvan istiqamətində ordumuzun bölmələri atəşə tutulub.
Hazırkı şəraitdə atəşkəsin pozulması sual doğurur. Çünki bir müddət əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov açıqlamışdı ki, Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır.
Azərbaycan Prezidentinin nümayəndəsi onu da bildirmişdi ki, hazırda danışıqları asanlaşdıran amillərdən biri də hər iki tərəfin qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkilini, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşmasıdır.
Hərbi məsələlər üzrə ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov Sputnik Azərbaycan-a bildirib ki, atəşkəsin pozulması Ermənistanın razılaşmalardan boyun qaçırmasının bariz nümunəsidir:
"Bu, Azərbaycanın təkliflərinə ermənisayaq cavabdır. Azərbaycan hətta bəzi yumşalmalara getsə də, görünür ki, Ermənistan bundan sui-istifadə etmək istəyir. Çünki bundan əvvəl Tovuz və Kəlbəcər istiqamətində də təxribatlar törədilib".
Hərbi ekspert onu da deyir ki, atəşkəsin pozulması istənilən halda xoşagəlməz haldır:
"Ermənistan tərəfi ötən ay Kərkini azad etməli idi, o cümlədən Qazaxda 3 yaşayış məntəqəsini qaytarmalı idilər, ancaq bu prosesi gecikdirirlər. Onlar bununla Azərbaycanı təxribata çəkməyə çalışırlar. Azərbaycan heç vaxt bu cür təxribatalara getməyib və getməyəcək. Çünki Ermənistan havadarları vasitəsilə müəyyən addımlar atmaq istəyir, lakin bunun bir nəticəsi olmayacaq. Bundan sonra da bu cür təxribatlar davam edəcək. Xüsusən də Azərbaycanda qarşıdakı aylarda beynəlxalq tədbirlər keçiriləcək və bu ərəfədə təxribatların artacağını düşünürəm. COP29-dan sonra Ermənistan bu cür təxribatlara davam edəcəksə, bunun bədəlini ən ağır şəkildə ödəyəcək. Azərbaycan beynəlxalq tədbirlərə köklənib deyə vəziyyətdən istifadə etməyə çalışırlar. Çünki bəzi dövlətlər tərəfindən onlara təlimatlar verilib. Bəzi qüvvələr Ermənistandan hələ də bölgədə alət kimi istifadə edirlər".
Poilitoloq İlyas Hüseynov isə bidlirir ki, Naxçıvan istiqamətində atəşkəsin pozulması regionda sülhü istəməyən qüvvələrin işidir və Ermənistan da bu təxribatda yer alır:
"Bu cür təxribatlar dəfələrlə baş verib. Təxribatların miqyası böyüyəndə Azərbaycan çox qətiyyətlə və kəskin cavablar verib. Bundan sonra isə beynəlxalq arenada Ermənistanın şikayətləri başlayıb, Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb. Bu gün də Azərbaycanı cavab tədbirləri görməyə sövq edirlər. Ermənistan isə hərbi-siyasi təxribatlar törətməkdə maraqlıdır. Azərbaycanın hərbi gücü Ermənistana yaxşı bəllidir. Yəni, hər bir halda törədilən təxribatdan itirən tərəf Ermənistandır".
Politoloq deyir ki, regionda atəşkəsin pozulması sülh prosesi ilə bağlı görülən işlərə müdaxilə cəhdidir.
"Azərbaycan və Ermənistan arsında sülh müqaviləsi imzalanması üçün tarixi məqam yaranıb. Tərəflər artıq bir sıra konseptual məsələlərdə razıalşmalar əldə edib. Azərbaycan və Ermənistan sülhə yaxınlaşdığı halda sülhü istəməyən məkrli qüvvələr öz planlarını işə salırlar", – politoloq qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.