https://sputnik.az/20240816/reqemsal-telebe-karti-istifadeye-verilir-466734455.html
Rəqəmsal tələbə kartı istifadəyə verilir
Rəqəmsal tələbə kartı istifadəyə verilir
Sputnik Azərbaycan
Bunun üçün tələbə "mygov" tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu "kartlar" bölməsində tələbə məlumatlarını əks etdirən tələbə... 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T19:06+0400
2024-08-16T19:06+0400
2024-08-16T19:57+0400
tələbə
təhsil
rəqəmsal
rəqəmsal cihaz
azərbaycan texniki universiteti
dövlət
platforma
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_0:0:3071:1728_1920x0_80_0_0_4e364fdbe13bb20ed459bf9ae4631e1b.jpg
BAKI, 16 avqust — Sputnik. Yeni tədris ilindən Azərbaycan Texniki Universitetinin tələbələri "mygov" platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəcəklər. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib ki, İRİA, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir.Belə ki, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını "mygov" tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından istifadə nəzərdə tutulub. Bunun üçün tələbə "mygov" tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu "kartlar" bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki "QR paylaş" düyməsinə klikləyərək və ya həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda, tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları "mygov Checker" mobil tətbiqi və ya veb-platforması vasitəsilə yoxlaya biləcək. Tələbə daha sonra "mygov" mobil tətbiqində "paylaşdığım məlumatlarım" bölməsində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola bilər. Qeyd edək ki, "mygov" rəqəmsal hökumət platforması İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunur. Platforma dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalı yaradır və yeni nəsil rəqəmsal hökumət yanaşmasına dair funksionallıqları özündə birləşdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_340:0:3071:2048_1920x0_80_0_0_afa3f6f9ae96f83dfedabcb5ed6ed1bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tələbə, rəqəmsal, rəqəmsal cihaz, azərbaycan texniki universiteti, dövlət, platforma, azərbaycan
tələbə, rəqəmsal, rəqəmsal cihaz, azərbaycan texniki universiteti, dövlət, platforma, azərbaycan
Rəqəmsal tələbə kartı istifadəyə verilir
19:06 16.08.2024 (Yenilənib: 19:57 16.08.2024) Bunun üçün tələbə "mygov" tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu "kartlar" bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər.
BAKI, 16 avqust — Sputnik. Yeni tədris ilindən Azərbaycan Texniki Universitetinin tələbələri "mygov" platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəcəklər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib ki, İRİA, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir.
Belə ki, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını "mygov" tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından istifadə nəzərdə tutulub.
Bunun üçün tələbə "mygov" tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu "kartlar" bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki "QR paylaş" düyməsinə klikləyərək və ya həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda, tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları "mygov Checker" mobil tətbiqi və ya veb-platforması vasitəsilə yoxlaya biləcək.
Tələbə daha sonra "mygov" mobil tətbiqində "paylaşdığım məlumatlarım" bölməsində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola bilər.
Qeyd edək ki, "mygov" rəqəmsal hökumət platforması İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunur. Platforma dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalı yaradır və yeni nəsil rəqəmsal hökumət yanaşmasına dair funksionallıqları özündə birləşdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.