CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbələdəki zəhərlənmənin səbəbi müəyyənləşdirilir - Prokurorluq və AQTA araşdırma aparır

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan, 1920, 16.08.2024
Abunə olmaq
Verilən məlumata görə, zəhərlənmə rayonda şadlıq sarayında keçirilən toyda baş verib.
BAKI, 16 avqust — Sputnik. Qəbələdə yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində 55 nəfər zəhərlənib, araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub", - məlumatda qeyd edilib.

16.08.24, 10:28
Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib. APA-nın xəbərinə görə, zəhərlənmə rayonda şadlıq sarayında keçirilən toyda baş verib. Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırma gedir.
Xatırladaq ki, bir neçə gün əvvəl Gəncədə yas mərasimində 40-dan çox insan qidadan zəhərlənmişdi.
Hadisə ilə bağlı AQTA da məlumat yayıb bildirmişdi ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0