https://sputnik.az/20240816/gelen-il-bakida-dunya-metropolitenlerinin-ilk-beynelxalq-konfransi-kecirilecek-466720143.html
Gələn il Bakıda dünya metropolitenlərinin ilk beynəlxalq konfransı keçiriləcək
Gələn il Bakıda dünya metropolitenlərinin ilk beynəlxalq konfransı keçiriləcək
Sputnik Azərbaycan
Konfransda istehsalçılar və elm, təhsil və tədqiqat sahələri mütəxəssislərinə də yer ayrılacaq. 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T14:17+0400
2024-08-16T14:17+0400
2024-08-16T14:17+0400
metropoliten
azərbaycan xəbərləri
türkiyə
azərbaycan
istanbul
bakı metropoliteni
konfrans
beynəlxalq
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610511_0:320:3072:2048_1920x0_80_0_0_659e279fa5918585573e5d0075aab9bb.jpg
BAKI, 16 avqust — Sputnik. Gələn il Bakıda keçiriləcək dünya metropolitenlərinin ilk beynəlxalq konfransının təşkilati məsələlərinin həlli ilə bağlı "Bakı Metropoliteni" QSC və "Metro İstanbul" arasında anlaşma memorandumu imzalanıb. Sənədi səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov və "Metro İstanbul"un baş direktoru Özgür Soy imzalayır. "Metrokonnekt" ("MetroConnect") adlı konfrans gələn ilin aprelində baş tutacaq. Tədbirin gündəliyində inşaat, vaqon yığılması və təmiri, metropolitenin qurğu, avadanlıq və sistemləri ilə bağlı son nailiyyətlər, innovativ texnologiyalar, süni zəkanın rolu, təmir və xidmət zamanı əsas problemlər, o cümlədən standartlar və təhlükəsizlik, sərnişin məmnunluğu sahəsindəki təcrübə mübadiləsi, elmi-tədqiqat uğurları və s. mövzular xüsusi yer alacaq. Konfransın təkcə metropolitenlər deyil, eyni zamanda istehsalçılar, habelə elmi-tədqiqat və təhsil müəssisələri üçün marağı nəzərə alınaraq, sərgi və Bakı metropolitenində tətbiq edilmiş innovasiyaların, metropolitenlər üçün mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlərə dair ekskursiyaların təşkili nəzərdə tutulub. Konfransda istehsalçılar və elm, təhsil və tədqiqat sahələri mütəxəssislərinə də yer ayrılacaq. Bakıda bütün iştirakçıların maraqlarına uyğun müzakirələr, ikitərəfli görüşlər, müxtəlif təşkilatlar üçün açıq platformalar və uyğun şərait yaradılacaq. Tədbir aktual məsələlərə uyğun bir neçə müzakirə panelindən ibarət olmaqla iki gün ərzində davam etdiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610511_284:0:3015:2048_1920x0_80_0_0_1628e52dd9fd53605396096e672b7e3d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
metropoliten, türkiyə, azərbaycan, istanbul, bakı metropoliteni, konfrans, beynəlxalq
metropoliten, türkiyə, azərbaycan, istanbul, bakı metropoliteni, konfrans, beynəlxalq
Gələn il Bakıda dünya metropolitenlərinin ilk beynəlxalq konfransı keçiriləcək
Konfransda istehsalçılar və elm, təhsil və tədqiqat sahələri mütəxəssislərinə də yer ayrılacaq.
BAKI, 16 avqust — Sputnik. Gələn il Bakıda keçiriləcək dünya metropolitenlərinin ilk beynəlxalq konfransının təşkilati məsələlərinin həlli ilə bağlı "Bakı Metropoliteni" QSC və "Metro İstanbul" arasında anlaşma memorandumu imzalanıb.
Sənədi səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov və "Metro İstanbul"un baş direktoru Özgür Soy imzalayır.
"Metrokonnekt" ("MetroConnect") adlı konfrans gələn ilin aprelində baş tutacaq. Tədbirin gündəliyində inşaat, vaqon yığılması və təmiri, metropolitenin qurğu, avadanlıq və sistemləri ilə bağlı son nailiyyətlər, innovativ texnologiyalar, süni zəkanın rolu, təmir və xidmət zamanı əsas problemlər, o cümlədən standartlar və təhlükəsizlik, sərnişin məmnunluğu sahəsindəki təcrübə mübadiləsi, elmi-tədqiqat uğurları və s. mövzular xüsusi yer alacaq.
Konfransın təkcə metropolitenlər deyil, eyni zamanda istehsalçılar, habelə elmi-tədqiqat və təhsil müəssisələri üçün marağı nəzərə alınaraq, sərgi və Bakı metropolitenində tətbiq edilmiş innovasiyaların, metropolitenlər üçün mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlərə dair ekskursiyaların təşkili nəzərdə tutulub.
Konfransda istehsalçılar və elm, təhsil və tədqiqat sahələri mütəxəssislərinə də yer ayrılacaq. Bakıda bütün iştirakçıların maraqlarına uyğun müzakirələr, ikitərəfli görüşlər, müxtəlif təşkilatlar üçün açıq platformalar və uyğun şərait yaradılacaq. Tədbir aktual məsələlərə uyğun bir neçə müzakirə panelindən ibarət olmaqla iki gün ərzində davam etdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.