https://sputnik.az/20240816/fransa-yeni-kaledoniyada-komendant-saatinin-muddetini-uzadib-466719863.html
Fransa Yeni Kaledoniyada komendant saatının müddətini uzadıb
Fransa Yeni Kaledoniyada komendant saatının müddətini uzadıb
Sputnik Azərbaycan
Xarici media xəbər verir ki, bu ərazidə indiyədək 2459 nəfər həbs olunub, onlardan 1331 etirazçı polis məntəqələrində, 1128-i isə jandarm təcridxanalarında... 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T14:05+0400
2024-08-16T14:05+0400
2024-08-16T14:05+0400
yeni kaledoniya
dünya xəbərləri
fransa
komendant saatı
iğtişaş
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452331053_0:445:734:858_1920x0_80_0_0_973e97d49adf1aa1b62e7f58291adebc.jpg
BAKI, 16 avqust — Sputnik. Fransa hökuməti Yeni Kaledoniyada komendant saatının tətbiqi müddətini uzadıb. Xarici media xəbər verir ki, bu ərazidə indiyədək 2459 nəfər həbs olunub, onlardan 1331 etirazçı polis məntəqələrində, 1128-i isə jandarm təcridxanalarında saxlanılır. Son məlumatlara görə, iğtişaşlar nəticəsində ölənlərin sayı 11-ə çatdığı üçün Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatını avqustun 26-dək uzadıb. Yeni Kaledoniya Ali Komissarlığının verdiyi açıqlamada spirtli içkilərin satışına qoyulan məhdudiyyətlərin yumşaldıldığı bildirilib. Odlu silahlar qadağan edilib və yanacaq daşıyan konteynerlərin hərəkəti, habelə bəzi bələdiyyə xidmətləri fövqəladə vəziyyətin sonunadək məhdudlaşdırılıb. Bununla belə, Yeni Kaledoniyada kriminal vəziyyət də Parisin nəzarətindən çıxıb. Poindimie şəhərində kilsədə yanğın törətmək cəhdi olub və Poyada avtomobil sürücülərinə hücum edilib. Mayın ortalarından bəri Sakit okean arxipelaqını seçki qaydalarına yenidən baxılması üçün təklif olunan qanun layihəsinin səbəb olduğu iğtişaşlar bürüyüb. Dəyişikliklər adada ən azı 10 il yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səs verməyə icazəni nəzərdə tuturdu. Amma yerli sakinlər, xüsusən də Kanak əhalisi dəyişikliklərin onların səsvermə hüquqlarını azaldacağından qorxurlar. Fransa artan etirazlar fonunda bu ərazidə fövqəladə vəziyyət elan edib və əlavə qüvvələr yerləşdirib. İyunun 12-də Fransa prezidenti Emmanuel Makron mübahisəli seçki islahatları planını dayandırmağa məcbur olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
yeni kaledoniya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452331053_0:319:734:870_1920x0_80_0_0_21466bccbcd6d7877473c831283405bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yeni kaledoniya, fransa, komendant saatı, iğtişaş
yeni kaledoniya, fransa, komendant saatı, iğtişaş
Fransa Yeni Kaledoniyada komendant saatının müddətini uzadıb
Xarici media xəbər verir ki, bu ərazidə indiyədək 2459 nəfər həbs olunub, onlardan 1331 etirazçı polis məntəqələrində, 1128-i isə jandarm təcridxanalarında saxlanılır.
BAKI, 16 avqust — Sputnik. Fransa hökuməti Yeni Kaledoniyada komendant saatının tətbiqi müddətini uzadıb. Xarici media xəbər verir ki, bu ərazidə indiyədək 2459 nəfər həbs olunub, onlardan 1331 etirazçı polis məntəqələrində, 1128-i isə jandarm təcridxanalarında saxlanılır.
Son məlumatlara görə, iğtişaşlar nəticəsində ölənlərin sayı 11-ə çatdığı üçün Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatını avqustun 26-dək uzadıb.
Yeni Kaledoniya Ali Komissarlığının verdiyi açıqlamada spirtli içkilərin satışına qoyulan məhdudiyyətlərin yumşaldıldığı bildirilib. Odlu silahlar qadağan edilib və yanacaq daşıyan konteynerlərin hərəkəti, habelə bəzi bələdiyyə xidmətləri fövqəladə vəziyyətin sonunadək məhdudlaşdırılıb.
Bununla belə, Yeni Kaledoniyada kriminal vəziyyət də Parisin nəzarətindən çıxıb. Poindimie şəhərində kilsədə yanğın törətmək cəhdi olub və Poyada avtomobil sürücülərinə hücum edilib.
Mayın ortalarından bəri Sakit okean arxipelaqını seçki qaydalarına yenidən baxılması üçün təklif olunan qanun layihəsinin səbəb olduğu iğtişaşlar bürüyüb. Dəyişikliklər adada ən azı 10 il yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səs verməyə icazəni nəzərdə tuturdu. Amma yerli sakinlər, xüsusən də Kanak əhalisi dəyişikliklərin onların səsvermə hüquqlarını azaldacağından qorxurlar. Fransa artan etirazlar fonunda bu ərazidə fövqəladə vəziyyət elan edib və əlavə qüvvələr yerləşdirib.
İyunun 12-də Fransa prezidenti Emmanuel Makron mübahisəli seçki islahatları planını dayandırmağa məcbur olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.