https://sputnik.az/20240816/azerbaycanda-bu-ilin-yeddi-ayinda-v-e-yoluxanlarin-sayi-aciqlandi-466724885.html
Azərbaycanda bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı açıqlandı
Azərbaycanda bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı açıqlandı
Sputnik Azərbaycan
Azərbaycan vətəndaşları arasında 43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub. 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T22:32+0400
2024-08-16T22:32+0400
2024-08-16T22:32+0400
qiçs
cəmiyyət
yoluxma
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41969/47/419694726_0:156:3037:1864_1920x0_80_0_0_06a798327593d5da174771609da3fdeb.jpg
BAKI, 16 avqust — Sputnik. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 7 ay ərzində İİV-ə 799 nəfər yoluxub. Bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-iyul aylarının yekununa dair məlumatda bildirilib. Onlardan 786 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olmuşdur. Azərbaycan vətəndaşları arasında 43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub. Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9 598 İİV-lə yaşayan ölkə vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 6 668-si (69,5 faiz) kişi, 2 930-u (30,5 faiz) qadındır. Qeyd edək ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41969/47/419694726_171:0:2866:2021_1920x0_80_0_0_943ce02f441d8421165e1a9b4ea3c80c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qiçs, yoluxma, azərbaycan
qiçs, yoluxma, azərbaycan
Azərbaycanda bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı açıqlandı
Azərbaycan vətəndaşları arasında 43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.
BAKI, 16 avqust — Sputnik. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 7 ay ərzində İİV-ə 799 nəfər yoluxub.
Bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-iyul aylarının yekununa dair məlumatda bildirilib.
Onlardan 786 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olmuşdur. Azərbaycan vətəndaşları arasında 43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.
Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9 598 İİV-lə yaşayan ölkə vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 6 668-si (69,5 faiz) kişi, 2 930-u (30,5 faiz) qadındır.
Qeyd edək ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.