https://sputnik.az/20240816/azerbaycan-ozbekistanla-ticaret-dovriyyesinin-artirilmasini-muzakire-edecek-466720269.html
Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edəcək
Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edəcək
Sputnik Azərbaycan
Agentlik forumun ticarət dövriyyəsinin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin qurulması yollarını müzakirə... 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T23:25+0400
2024-08-16T23:25+0400
2024-08-16T23:25+0400
azərbaycan
iqtisadiyyat
özbəkistan
ticarət
"made in azerbaijan"
https://cdnn1.img.sputnik.az/img/41942/00/419420083_0:0:3072:1728_1920x0_80_0_0_f095209ab7427d9443acaab1c0aca684.jpg
BAKI, 16 avqust — Sputnik. Avqustun 22-23-də Daşkənddə Azərbaycan-Özbəkistan Biznes Forumu və "Made in Azerbaijan" sərgisi keçiriləcək. Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb edilməsi Agentliyi (UzIPA) məlumat yayıb. Agentlik forumun ticarət dövriyyəsinin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin qurulması yollarını müzakirə etmək üçün platforma olacağını gözləyir. Azərbaycan Özbəkistanla aqrar məhsulların dövriyyəsini artırmağı müzakirə edib Qeyd edək ki, bundan öncə Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılması, bitkiçilik, meyvəçilik, ipəkçilik, aqrar təhsil, aqrar tədqiqatlar və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumata görə, nazir müavini Elçin Zeynalov ölkəmizdə səfərdə olan Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan rəsmisi bildirib ki, ölkələrimiz arasında münasibətlərin xarakteri qarşılıqlı iqtisadi əməkdaşlığı inkişaf etdirməyə böyük təkan verir. Azərbaycanın Özbəkistanla bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyən nazir müavini əsas hədəflərdən birinin kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq olduğunu qeyd edib. E.Zeynalov müasir texnologiyaların transferi, aqrar təhsil və aqrar tədqiqatlar sahəsində hər iki ölkənin əməkdaşlıq etməsi üçün böyük potensial olduğunu vurğulayıb. A.Əliyev isə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün hüquqi-normativ bazanın yaradıldığını, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük töhfə verdiyini deyib.Özbəkistan nümayəndə heyətinin bu ilin may ayında Bakıda keçirilmiş "Caspian Agro 2024" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakını xatırladan nümayəndə heyətinin rəhbəri bu cür sərgilərin kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlər və iş adamları arasında ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından mühüm platforma rolu oynadığını bildirib. Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib, qarşılıqlı müzakirələrin davam etdirilməsini vacib olduğunu qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41942/00/419420083_213:0:2944:2048_1920x0_80_0_0_123b31fb9907424fe90af168c0195fef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, özbəkistan, ticarət, "made in azerbaijan"
azərbaycan, özbəkistan, ticarət, "made in azerbaijan"
Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edəcək
Agentlik forumun ticarət dövriyyəsinin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin qurulması yollarını müzakirə etmək üçün platforma olacağını gözləyir.
BAKI, 16 avqust — Sputnik. Avqustun 22-23-də Daşkənddə Azərbaycan-Özbəkistan Biznes Forumu və "Made in Azerbaijan" sərgisi keçiriləcək.
Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb edilməsi Agentliyi (UzIPA) məlumat yayıb.
"Bu forum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə və birgə layihələrin həyata keçirilməsinə kömək edəcək", - məlumatda qeyd edilib.
Agentlik forumun ticarət dövriyyəsinin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin qurulması yollarını müzakirə etmək üçün platforma olacağını gözləyir.
Azərbaycan Özbəkistanla aqrar məhsulların dövriyyəsini artırmağı müzakirə edib
Qeyd edək ki, bundan öncə Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılması, bitkiçilik, meyvəçilik, ipəkçilik, aqrar təhsil, aqrar tədqiqatlar və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir müavini Elçin Zeynalov ölkəmizdə səfərdə olan Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan rəsmisi bildirib ki, ölkələrimiz arasında münasibətlərin xarakteri qarşılıqlı iqtisadi əməkdaşlığı inkişaf etdirməyə böyük təkan verir. Azərbaycanın Özbəkistanla bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyən nazir müavini əsas hədəflərdən birinin kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq olduğunu qeyd edib. E.Zeynalov müasir texnologiyaların transferi, aqrar təhsil və aqrar tədqiqatlar sahəsində hər iki ölkənin əməkdaşlıq etməsi üçün böyük potensial olduğunu vurğulayıb.
A.Əliyev isə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün hüquqi-normativ bazanın yaradıldığını, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük töhfə verdiyini deyib.
Özbəkistan nümayəndə heyətinin bu ilin may ayında Bakıda keçirilmiş "Caspian Agro 2024" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakını xatırladan nümayəndə heyətinin rəhbəri bu cür sərgilərin kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlər və iş adamları arasında ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından mühüm platforma rolu oynadığını bildirib.
Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib, qarşılıqlı müzakirələrin davam etdirilməsini vacib olduğunu qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.