https://sputnik.az/20240816/abs-de-telebin-artacagi-gozlentileri-neft-bazarina-musbet-tesir-gosterir-466716932.html
ABŞ-də tələbin artacağı gözləntiləri neft bazarına müsbət təsir göstərir
ABŞ-də tələbin artacağı gözləntiləri neft bazarına müsbət təsir göstərir
Sputnik Azərbaycan
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün tələb proqnozunu aşağı salıb. Bu proqnozun verilməsinin əsas səbəbi Çində tələbin aşağı düşəcəyi... 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T11:59+0400
2024-08-16T11:59+0400
2024-08-16T11:59+0400
abş
neft-qaz
neft
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129347_0:161:3070:1888_1920x0_80_0_0_2cdc6da96cf27163b932b115860dc090.jpg
BAKI, 16 avqust — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Buna baxmayaraq neft qiymətləri ardıcıl ikinci həftədir ki, yüksəlib. Çünki ABŞ-nin son iqtisadi məlumatları neftə olan tələb ilə bağlı inamı artırıb. "Brent" markalı neft 30 sent ucuzlaşaraq 80,74 dollara, ABŞ-nin Qərbi Texas (WTI) nefti 40 sent azalaraq 77,76 dollara düşüb."Azeri Light" markalı Azərbaycan nefti isə 1,43 dollar artaraq 85,54 dollar təşkil edib. Qeyd edək ki, "Brent" markalı neft bu həftə 1,3%, ABŞ-nin Qərbi Texas nefti isə 1,2% bahalaşıb. Dünən ABŞ-nin pərakəndə satış məlumatları analitiklərin gözləntilərini üstələyib. Bu, ABŞ-də iqtisadi artım ilə bağlı yenidən nikbinliyə səbəb olub. Analitiklərin fikrincə, neft son itkilərini geri qaytarıb. Çünki müsbət iqtisadi məlumatlar investorların nikbinliyini artırıb. Digər tərəfdən, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün tələb proqnozunu aşağı salıb. Bu proqnozun verilməsinin əsas səbəbi Çində tələbin aşağı düşəcəyi gözləntiləridir. Dünyanın ən böyük neft idxalçısında iqtisadi fəallıq yaxşılaşma əlamətləri göstərmədiyi üçün Çin neft bazarları üçün əsas narahatlıq nöqtəsi olaraq qalıb. İyul ayında ölkənin neft idxalı ardıcıl ikinci ay azalıb, aylıq bir sıra iqtisadi göstəricilər isə əsasən mənfi istiqamətdə olub. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129347_170:0:2901:2048_1920x0_80_0_0_23824fccd28aaccc99ee3f2be4656153.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
abş, neft, azərbaycan
ABŞ-də tələbin artacağı gözləntiləri neft bazarına müsbət təsir göstərir
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün tələb proqnozunu aşağı salıb. Bu proqnozun verilməsinin əsas səbəbi Çində tələbin aşağı düşəcəyi gözləntiləridir.
BAKI, 16 avqust — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Buna baxmayaraq neft qiymətləri ardıcıl ikinci həftədir ki, yüksəlib. Çünki ABŞ-nin son iqtisadi məlumatları neftə olan tələb ilə bağlı inamı artırıb.
"Brent" markalı neft 30 sent ucuzlaşaraq 80,74 dollara, ABŞ-nin Qərbi Texas (WTI) nefti 40 sent azalaraq 77,76 dollara düşüb.
"Azeri Light" markalı Azərbaycan nefti isə 1,43 dollar artaraq 85,54 dollar təşkil edib.
Qeyd edək ki, "Brent" markalı neft bu həftə 1,3%, ABŞ-nin Qərbi Texas nefti isə 1,2% bahalaşıb.
Dünən ABŞ-nin pərakəndə satış məlumatları analitiklərin gözləntilərini üstələyib. Bu, ABŞ-də iqtisadi artım ilə bağlı yenidən nikbinliyə səbəb olub. Analitiklərin fikrincə, neft son itkilərini geri qaytarıb. Çünki müsbət iqtisadi məlumatlar investorların nikbinliyini artırıb.
Digər tərəfdən, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün tələb proqnozunu aşağı salıb. Bu proqnozun verilməsinin əsas səbəbi Çində tələbin aşağı düşəcəyi gözləntiləridir. Dünyanın ən böyük neft idxalçısında iqtisadi fəallıq yaxşılaşma əlamətləri göstərmədiyi üçün Çin neft bazarları üçün əsas narahatlıq nöqtəsi olaraq qalıb. İyul ayında ölkənin neft idxalı ardıcıl ikinci ay azalıb, aylıq bir sıra iqtisadi göstəricilər isə əsasən mənfi istiqamətdə olub.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.