https://sputnik.az/20240815/tarixde-bu-gun-15-avqust--foto-466690095.html
Tarixdə bu gün: 15 avqust – FOTO
Tarixdə bu gün: 15 avqust – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 15.08.2024, Sputnik Azərbaycan
2024-08-15T08:01+0400
2024-08-15T08:01+0400
2024-08-15T08:01+0400
avqust
cəmiyyət
tarixdə bu gün
afaq bəşirqızı
i napoleon
fransa imperatoru napoleon bonapart
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466400689_42:0:1158:628_1920x0_80_0_0_8267ea01856d42210f153a4b3d39fdb5.jpg
BAKI, 15 avqust — Sputnik. Avqustun 15-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Avqustun 15-də kimlər anadan olub? Afaq Bəşirqızı (1955) - Azərbaycanın xalq artisti, teatr və kino aktrisasıdır. O, "Şöhrət" ordeni laureatıdır. Aktrisa 1989-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisasıdır. Napoleon Bonapart (1769-1821) - 1804-1814 və 1815-ci illərdə fransızların imperatoru, müasir Fransa dövlətinin əsasını qoyan sərkərdə və dövlət xadimidir. Valter Skott (1771-1832) – İngiltərə şairi və tarixçisidir. O, tarixi roman janrının banisi hesab olunur. Ben Afflek (1972) - ABŞ kinoaktyoru, rejissoru, ssenaristi və prodüseridir. O, iki "Oskar" mükafatı laureatıdır. Aktyor "Pörl Harbor", "Bütün Qorxunun Məbləği", "Armageddon" və s. filmlərdə rol alıb. Timati (Timur Yunusov, 1983) - rusiyalı repçi, müğənni, musiqi prodüseri, aktyor və sahibkardır. O, 2004-cü ildə "Ulduz fabriki-4" şousunda iştirak etdikdən sonra şöhrət qazanıb. Müğənni 2006-cı ildə "Black Star" adlı debüt solo albomunu çıxarıb. Nyuşa Şuroçkina (1990) - rusiyalı müğənni, bəstəkar, aktrisa və teleaparıcıdır. 15 avqust tarixində dünyada baş verən tarixi hadisələr 1723-cü ildə Rusiya imperatorlarının yay iqamətgahı olan Peterqofun təntənəli açılışı olub. 1848-ci ildə Nyu-York ştatının Sirakyus şəhərindən olan amerikalı Uoldo Hançett diş kreslosunu patentləşdirib. 1893-cü ildə Moskvada Tretyakov Qalereyasının rəsmi açılışı olub. 1947-ci ildə Hindistan iki dövlətə - Pakistan və Hindistan İttifaqına bölünüb. 1992-ci ildə Azərbaycanda milli valyuta - manat dövriyyəyə buraxılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466400689_182:0:1019:628_1920x0_80_0_0_f04f85b774b5374fa708ec285315d19f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avqust, tarixdə bu gün , afaq bəşirqızı, i napoleon, fransa imperatoru napoleon bonapart
avqust, tarixdə bu gün , afaq bəşirqızı, i napoleon, fransa imperatoru napoleon bonapart
Tarixdə bu gün: 15 avqust – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 15 avqust — Sputnik. Avqustun 15-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 15-də kimlər anadan olub?
Afaq Bəşirqızı (1955) - Azərbaycanın xalq artisti, teatr və kino aktrisasıdır. O, "Şöhrət" ordeni laureatıdır. Aktrisa 1989-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisasıdır.
Napoleon Bonapart (1769-1821) - 1804-1814 və 1815-ci illərdə fransızların imperatoru, müasir Fransa dövlətinin əsasını qoyan sərkərdə və dövlət xadimidir.
Valter Skott (1771-1832) – İngiltərə şairi və tarixçisidir. O, tarixi roman janrının banisi hesab olunur.
Ben Afflek (1972) - ABŞ kinoaktyoru, rejissoru, ssenaristi və prodüseridir. O, iki "Oskar" mükafatı laureatıdır. Aktyor "Pörl Harbor", "Bütün Qorxunun Məbləği", "Armageddon" və s. filmlərdə rol alıb.
Timati (Timur Yunusov, 1983) - rusiyalı repçi, müğənni, musiqi prodüseri, aktyor və sahibkardır. O, 2004-cü ildə "Ulduz fabriki-4" şousunda iştirak etdikdən sonra şöhrət qazanıb. Müğənni 2006-cı ildə "Black Star" adlı debüt solo albomunu çıxarıb.
Nyuşa Şuroçkina (1990) - rusiyalı müğənni, bəstəkar, aktrisa və teleaparıcıdır.
15 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1723-cü ildə Rusiya imperatorlarının yay iqamətgahı olan Peterqofun təntənəli açılışı olub.
1848-ci ildə Nyu-York ştatının Sirakyus şəhərindən olan amerikalı Uoldo Hançett diş kreslosunu patentləşdirib.
1893-cü ildə Moskvada Tretyakov Qalereyasının rəsmi açılışı olub.
1947-ci ildə Hindistan iki dövlətə - Pakistan və Hindistan İttifaqına bölünüb.
1992-ci ildə Azərbaycanda milli valyuta - manat dövriyyəyə buraxılıb.