Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Seçkilər ilə bağlı qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

© Sputnik / Murad OrujovSeçkilər
Seçkilər  - Sputnik Azərbaycan, 1920, 15.08.2024
Abunə olmaq
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 80 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib. Bizim təxminimizə görə, bu rəqəm 100 mini keçəcək.
BAKI, 15 avqust — Sputnik. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 300 beynəlxalq müşahidəçi qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 80 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib: "Bizim təxminimizə görə, bu rəqəm 100 mini keçəcək".
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Xəbər lenti
0