Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb - RƏSMİ

© iStock.com / Diy13meymunçiçəyi
meymunçiçəyi - Sputnik Azərbaycan, 1920, 15.08.2024
Abunə olmaq
İlin əvvəlindən Afrika qitəsində bu xəstəliyə 15 mindən çox yoluxma və epidemiyadan 461 ölüm halı qeydə alınıb.
BAKI, 15 avqust — Sputnik. Ölkəmizdə meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınmayıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, epidemioloji vəziyyət nəzarət altındadır.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı yaranmış vəziyyətlə əlaqədar Afrikada "meymunçiçəyi" (mpox) epidemiyasını bütün dünya üçün təhlükə olan fövqəladə hal elan edib.
Qeyd edək ki, ilin əvvəlindən Afrika qitəsində bu xəstəliyə 15 mindən çox yoluxma və epidemiyadan 461 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 160% çoxdur.
Xəbər lenti
0