Tarixdə bu gün: 14 avqust – FOTO
© Sputnik14 avqust
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 14 avqust — Sputnik. Avqustun 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 14-də kimlər anadan olub?
Alim Qasımov (1957) - Azərbaycanın xalq artisti və xanəndəsidir. O, "UNESCO", "Humay" mükafatları, "Şöhrət" və "Şərəf" ordenləri və digər mükafatlara layiq görülüb.
Alim Qasımov
© Sputnik / Vladimir Vyatkin
/ Stiv Martin (1945) - amerikalı aktyor, komediyaçı, yazıçı, musiqiçi, bəstəkar və prodüserdir. O, "Axmaq", "Bütövlükdə mən", "Roksana", "Təyyarə, qatar və maşınla", "Valideynlər", "Gəlinin atası" və "Çəhrayı pantera" filmləri ilə dünya şöhrəti qazanıb. 2014-cü ildə Martin kinoya verdiyi böyük töhfəyə görə "Oskar" mükafatına layiq görülüb.
© AP Photo / Evan AgostiniSteve Martin
Steve Martin
© AP Photo / Evan Agostini
Vim Venders (1945) - alman kinorejissoru, fotoqrafı, ssenaristi və prodüseridir. O, çoxsaylı mükafatların laureatıdır. Rejissor 1996-cı ildən Avropa Kino Akademiyasının prezidentidir. Venders "Paris, Texas", "Berlin üzərində səma" və s. filmlərə rejissorluq edib.
© AP Photo / Chris PizzelloVim Venders
Vim Venders
© AP Photo / Chris Pizzello
Mixail Şirvindt (1958) - Sovet və Rusiya teleaparıcısı, videobloger, televiziya və kino prodüseridir. O, əvvəllər teatr aktyoru olub. Mixail "Doq-şou "Mən və mənim itim" və "Bilmək istəyirəm" televiziya proqramlarının aparıcısı olub.
Mixail Şirvindt
© Sputnik / Vitaly Belousov
/ Halli Berri (1966) - ABŞ aktrisası və rejissorudur. O, "Oskar" (2002 - kino tarixində baş rol oynadığı üçün bu mükafatı alan ilk qaradərili aktrisadır), "Qızıl Qlobus" və "Emmi" mükafatı laureatıdır. Aktrisa "İks adamlar: Son döyüş", "Pişik-qadın", "Parol "Balıq-qılınc" və s. filmlərdə rol alıb.
© Photo : Chris Pizzello/Invision/AP
Halli Berri
Halli Berri
© Photo : Chris Pizzello/Invision/AP
14 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1880-ci ildə Almaniyanın Köln şəhərində Köln kafedralının tikintisi başa çatdırılıb.
1888-ci ildə amerikalı mühəndis Oliver Şellenberger elektrik sayğacını patentləşdirib.
1893-cü ildə Paris polisinin prefekti Lui Lepin ilk sürücülük vəsiqəsini verib.
1908-ci ildə İngiltərənin Folkestone şəhərində ilk beynəlxalq gözəllik müsabiqəsi keçirilib.
1936-cı ildə basketbol ilk dəfə Olimpiya Oyunlarında təqdim edilib.
basketbol
© Sputnik / Aleksey Danichev
/ Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.