Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiyada 43 yaşlı azərbaycanlı qətlə yetirilib

© AR Ministry of Internal AffairsSaxlanılan şəxslərdən götürülən tapança
Saxlanılan şəxslərdən götürülən tapança - Sputnik Azərbaycan, 1920, 14.08.2024
Abunə olmaq
Azərbaycan vətəndaşı naməlum şəxslə mübahisə edərkən tapançadan açılan atəş nəticəsində yaralanıb.
BAKI, 14 avqust - Sputnik. Rusiyada silahlı insident zamanı 43 yaşlı azərbaycanlı qətlə yetirilib.
Rusiya KİV-nin yaydığı məlumata görə, hadisə avqustun 13-də saat 14:30 radələrində Novosaratovka kəndində (Leninqrad vilayətinin Vsevolojsk rayonu) qeydə alınıb.
İki kişi arasında yaranmış mübahisə silahlı insidentə çevrilib. Tapançadan açılan atəş nəticəsində azərbaycanlı yaralanıb, hücum edən şəxs isə hadisə yerindən qaçaraq gizlənib.
Bir qadın polisə zəng edərək ərinin qardaşının yaralandığını və onu Aleksandrovsk xəstəxanasına apardığını söyləyib. Qadın baş verənlərin dəqiq ünvanını deyə bilməyib.
Zərərçəkmiş, miqrasiya qeydiyyatında olan 43 yaşlı Azərbaycan Respublikası vətəndaşına xəstəxanada sol bud nahiyəsindən güllə yarası, kəskin qan itkisi və 3-cü dərəcəli şok diaqnozu qoyulub.
Həkimlər xəstəxanaya gələrkən ağır vəziyyətdə olan kişinin həyatını qurtarmağa çalışsalar da, buna müvəffəq ola bilməyiblər. Yaralı avqustun 14-də gecə saat iki radələrində dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Polis hadisə yerindən mərmi və qan izlərinin olduğu torpaqdan nümunələr götürüldüyünü bildirib.
Hazırda atəş açan şəxs axtarılır. O, normal bədən quruluşuna malik, boyu təxminən 180 santimetr, saçları qara olan kişidir. Cinayəti törədərkən əynində qara şalvar və sarı jilet olub.
Xəbər lenti
0