DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qəzzada hərbi əməliyyatların dayandırılması vacibdir

© Sputnik / Алексей Майшев / Mediabanka keçidRusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov - Sputnik Azərbaycan, 1920, 14.08.2024
Abunə olmaq
Rusiya tərəfi Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasının və İordan çayının qərb sahilində zorakılığın artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
BAKI, 14 avqust — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin katibi Hüseyn Şeyx ilə danışıqlar aparıb. Bu barədəRusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıqlarda Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyi vurğulanıb.
"Rusiya tərəfi Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasının və İordan çayının qərb sahilində zorakılığın artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb, o cümlədən Fələstin probleminin tanınmış beynəlxalq hüquqi əsaslarla ədalətli həllinə dəstək verib, 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüdsdə olan müstəqil Fələstin dövlətinin yaradılmasını da təsdiqləyib".
Qeyd olunur ki, danışıqlar zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət, eləcə də Fələstinlərarası birliyə nail olmaq vəzifəsi vurğulanmaqla, regional gündəliyin cari məsələləri ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0