Müəllimlərin diqqətinə: Vakant yerlər açıqlandı
© Photo : Ministry of Science and Education Republic of AzerbaijanMüəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları
© Photo : Ministry of Science and Education Republic of Azerbaijan
Abunə olmaq
Azərbaycan dili və ibtidai sinif üzrə ötən illə müqayisədə vakant yerlərin sayı 50% artıb.
BAKI, 14 avqust — Sputnik. Bu il müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqə zamanı namizədlərə 10 500 vakant yer təqdim olunub.
Bunu Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əksər fənnlər üzrə bu il vakant yerlərdə artım müşahidə olunur: "Xüsusilə sertifikasiya prosesindən sonra azərbaycan dili və ibtidai sinif üzrə ötən illə müqayisədə vakant yerlərin sayı 50% artıb".
Qurum rəsmisi bildirib ki, avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır: "10 minlərlə namizəd arasından seçilmiş 5740 nəfər müsabiqənin növbəti mərhələsinə - müsahibə mərhələsinə dəvət olunub".
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb
Zenfira Sevdimalı onu da bildirib ki, İyulun 2-10-da baş tutan ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları mərhələsi başa çatıb.
Test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd bu mərhələdə iştirak edib.
02.08.24, 11:05
Sertifikatlaşdırma ilə bağlı müraciətlərin nəticələri elan olunub
Sertifikatlaşdırma prosesi ilə bağlı yaradılan komissiyalara daxil olmuş müraciətlərin ilkin nəticələri elan olunub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Elm və təhsil nazirinin müvafiq əmri ilə yaradılan komissiyalara bu günə qədər ümumilikdə 3700-dən çox vətəndaş müraciət edib.
Vətəndaşların sosial statusları ilə bağlı sənədlər toplanıb və müraciətlər araşdırılıb. Ümumilikdə 600 nəfərə yaxın sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşın alternativ işlərə cəlb edilməsi istiqamətində qərar qəbul edilib.
İlkin mərhələdə 90 nəfər şəhid ailəsi üzvünün müvafiq işlə təmin olunması ilə bağlı tədbirlər görülüb. Bununla yanaşı 500-ə yaxın sosial baxımdan həssas əhali qrupuna aid əlilliyi müəyyən edilmiş şəxslərin, eyni zamanda ailələrin yeganə gəlir gətirən üzvlərinin və müraciət edən digər şəxslərin alternativ işlərə cəlb edilməsi istiqamətində müvafiq işlər həyata keçirilib.
Təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə araşdırılması və alternativ iş imkanlarının dəyərləndirilməsi məqsədi ilə yaradılan komissiyalara daxil olmuş müraciətlərin qiymətləndirilməsi prosesi davam edəcək.
29.07.24, 14:46
MİQ üzrə vakansiya seçiminin nəticələri elan edildi
MİQ üzrə vakansiya seçiminin nəticələri şəxsi səhifələrə göndərilib. Bu barədə Sputnik Azərbaycan-a Təhsil İnstitundan məlumat verilib.
Bildirilib ki, 26-28 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib.
Qeyd edilib ki, 39 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında bildirib ki, artıq ibtidai sinf müəllimlərinin sertifikasiyası mərhələsi artıq başa çatıb. Növbəti tədris ilində biz 20 faiz müəllimi yenilənəcək. Nazir vurğulayıb ki, dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq.
© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev
© Sputnik / Murad Orujov
"Çalışacağıq ki, yüksək nəticə göstərənlər daha çox dərs desinlər. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb onlara verəcəyik. Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada kimsə 1 bal daha artıq yığıbsa məntiqi ilə yox, 57 bal toplayanla 31 bal toplayan müəllimə fərq qoyulacaq", - nazir qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.