Medvedev: Ukrayna Kursk vilayətinə hücuma görə layiqli cəzasını alacaq

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 14.08.2024
Abunə olmaq
Ukrayna hərbçilərinin hərəkətlərinə artıq müvafiq qiymətlər verilib.
BAKI, 14 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə hücumuna görə cəzalandırılacaq. Ukrayna hərbçilərinin hərəkətlərinə artıq müvafiq qiymətlər verilib.
"TASS" xəbər verib ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kursk vilayətinə humanitar yardımın göstərilməsinə dair iclasda bildirib.
"Ukrayna Rusiya ərazisinə terror hücumu həyata keçirib. Bütün qiymətləri bir neçə gün əvvəl və dünən Rusiya prezidenti verib... Onlar [Kiyev rejimi] etdiklərinə görə layiqli cəzalarını alacaqlar" - siyasətçi bildirib.
Medvedev, həmçinin əlavə edib ki, cəza Ukrayna rəhbərliyinin nümayəndələri üçün müxtəlif nəticələri nəzərdə tutub.
Bundan əvvəl New York Times yazıb ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişə vəziyyətinin həlli ilə bağlı təklifləri onun başa çatması üçün ən real ssenaridir.
Xəbər lenti
0