DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Instagram"ın işində problemlər yaranıb

© AP Photo / Richard DrewInstagram loqo
Instagram loqo - Sputnik Azərbaycan, 1920, 14.08.2024
Abunə olmaq
Şikayətlərin əksəriyyəti sosial şəbəkənin saytındakı nasazlıqlar və xəbər lenti ilə bağlıdır.
BAKI, 14 avqust — Sputnik. "Instagram"* sosial şəbəkəsinin işində problemlər yaranıb.
Bu barədə məşhur internet resursların işini izləyən "Downdetector" xidmətinin məlumatlarından aydın olub.
Hesabatdan görünür ki, problem Azərbaycan da daxil olmaqla dünyanın bır sıra ölkələrində müşahidə olunur.
Şikayətlərin əksəriyyəti sosial şəbəkənin saytındakı nasazlıqlarla və xəbər lenti ilə bağlıdır, istifadəçilər səhifələrin yüklənməməsindən, paylaşımların görünməməsindən, profillərinə girə bilməmələrindən, yaxud hekayələrə baxmaqda çətinlik çəkdiklərindən şikayətləniblər, bir qrupu isə tətbiqin ümumiyyətlə açılmadığını bildirib.
*Rusiyada ekstremist kimi tanınan Meta şirkətinə aiddir.
Xəbər lenti
0