https://sputnik.az/20240814/bezi-insaat-materiallari-niye-bahalasib---evlerin-qiymeti-artacaqmi-466647639.html
Bəzi inşaat materialları niyə bahalaşıb - Evlərin qiyməti artacaqmı?
Bəzi inşaat materialları niyə bahalaşıb - Evlərin qiyməti artacaqmı?
Sputnik Azərbaycan
Ekspert bildirib ki, tikinti materiallarının bahalaşması ən çox fərdi yaşayış evlərinin qiymətinə təsir edir. 14.08.2024, Sputnik Azərbaycan
2024-08-14T09:38+0400
2024-08-14T09:38+0400
2024-08-14T09:38+0400
ev
iqtisadiyyat
inşaat
material
qiymət
artım
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42404/02/424040227_0:100:1341:854_1920x0_80_0_0_f81c83e7610a1348ecaf0bdcef47f44f.jpg
BAKI, 14 avqust — Sputnik. "Azərbaycanda bəzi tikinti materiallarının qiymətinin artması yay mövsümünün olması ilə bağlıdır. Digər səbəb işğaldan azad edilmiş ərazilərimizdə sürətli şəkildə tikinti-bərpa işlərinin aparılmasıdır. Bu da tikinti materiallarına tələbatı artırıb. Həmçinin yanacağın qiymətinin artması birbaşa daşınma xərclərini yüksəldib və nəticədə bir sıra inşaat materialları bahalaşıb". Bunu daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a bəzi inşaat materiallarının bahalaşmasından danışarkən deyib. "Tikinti işləri artdıqca inşaat materiallarına tələbat da artır" Ekspert bildirib ki, hər il yay aylarında fərdi yaşayış evlərinin tikintisinə tələbat artır:"Çünki yay ayları inşaat prosesinin daha sürətlə aparılması üçün əlverişlidir. Tikinti işləri artdıqca inşaat materiallarına tələbat da artır. Tələbat çoxalanda bəzən bir sıra tikinti materiallarının çatışmazlığı yaranır və bu da həmin materialların bahalaşmasına səbəb olur". "Tikinti materiallarının bahalaşması ən çox fərdi yaşayış evlərinin qiymətinə təsir edir" O qeyd edib ki, sementin, mişar daşının və digər materialların bahalaşması birbaşa tikintinin maya dəyərinə təsir edir və bu da daşınmaz əmlakın satış qiymətinə təsirsiz ötüşmür:"Payız mövsümündə bahalaşma gözlənilmir" Ekspert növbəti aylarda tikinti materiallarının yenidən bahalaşacağını gözləmir:Qeyd edək ki, son vaxtlar tikinti bazarında mişar daşı, sement və digər bəzi inşaat materialları bahalaşıb. Belə ki, bir kisə sementin satış qiyməti və bir ədəd mişar daşının satış qiyməti təxminən 20 qəpik qalxıb. Ölkədə tikinti materiallarının istehsalı artır Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-iyun aylarında istehsalın ümumi dəyəri 642,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,7 faiz artıb. Dövr ərzində kərpiclər və oxşar məmulatların istehsalı 3,1 dəfə, asfalt istehsalı 44,9 faiz, beton istehsalı 32,2 faiz, tikinti gipsinin istehsalı 24,9 faiz, sement istehsalı 13,3 faiz artıb. Qiymətlərə gəlincə, rəsmi statistikaya əsasən, məsələn, bu ilin yanvar ayında 50 kiloqramlıq sementin orta aylıq istehlak qiyməti 8,80 manat idisə, iyun ayında bu rəqəm 9,08 manat olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240802/misar-dasinin-qiymeti-bahalasib---evlerin-qiymeti-artacaqmi-466415826.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42404/02/424040227_34:0:1305:953_1920x0_80_0_0_16f69fcd6ff5d0b690c6ef247e08ff7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ev, inşaat, material, qiymət, artım, azərbaycan
ev, inşaat, material, qiymət, artım, azərbaycan
Bəzi inşaat materialları niyə bahalaşıb - Evlərin qiyməti artacaqmı?
Ekspert bildirib ki, tikinti materiallarının bahalaşması ən çox fərdi yaşayış evlərinin qiymətinə təsir edir.
BAKI, 14 avqust — Sputnik. "Azərbaycanda bəzi tikinti materiallarının qiymətinin artması yay mövsümünün olması ilə bağlıdır. Digər səbəb işğaldan azad edilmiş ərazilərimizdə sürətli şəkildə tikinti-bərpa işlərinin aparılmasıdır. Bu da tikinti materiallarına tələbatı artırıb. Həmçinin yanacağın qiymətinin artması birbaşa daşınma xərclərini yüksəldib və nəticədə bir sıra inşaat materialları bahalaşıb". Bunu daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a bəzi inşaat materiallarının bahalaşmasından danışarkən deyib.
"Tikinti işləri artdıqca inşaat materiallarına tələbat da artır"
Ekspert bildirib ki, hər il yay aylarında fərdi yaşayış evlərinin tikintisinə tələbat artır:
"Çünki yay ayları inşaat prosesinin daha sürətlə aparılması üçün əlverişlidir. Tikinti işləri artdıqca inşaat materiallarına tələbat da artır. Tələbat çoxalanda bəzən bir sıra tikinti materiallarının çatışmazlığı yaranır və bu da həmin materialların bahalaşmasına səbəb olur".
"Tikinti materiallarının bahalaşması ən çox fərdi yaşayış evlərinin qiymətinə təsir edir"
O qeyd edib ki, sementin, mişar daşının və digər materialların bahalaşması birbaşa tikintinin maya dəyərinə təsir edir və bu da daşınmaz əmlakın satış qiymətinə təsirsiz ötüşmür:
"Tikinti materiallarının bahalaşması ən çox fərdi yaşayış evlərinin qiymətinə təsir edir. Bakıda və Abşeron rayonunda mövcud fərdi yaşayış evləri nisbətən ucuzdur. Bunların da qiyməti təxminən 30-100 min manat civarında dəyişir. Bir mənalı olaraq tikinti materiallarının bahalaşması fərdi yaşayış evlərinin satış qiymətinə təsir edir. Bu da gələcəkdə həmin ucuz həyət evlərinin bahalaşmasına gətirib çıxardacaq".
"Payız mövsümündə bahalaşma gözlənilmir"
Ekspert növbəti aylarda tikinti materiallarının yenidən bahalaşacağını gözləmir:
"Çünki payız mövsümündə tikinti işləri azalır və bu da inşaat materiallarına olan tələbatı aşağı salır və nəticədə qiymətlərdə stabillik yaranır".
Qeyd edək ki, son vaxtlar tikinti bazarında mişar daşı, sement və digər bəzi inşaat materialları bahalaşıb. Belə ki, bir kisə sementin satış qiyməti və bir ədəd mişar daşının satış qiyməti təxminən 20 qəpik qalxıb.
Ölkədə tikinti materiallarının istehsalı artır
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-iyun aylarında istehsalın ümumi dəyəri 642,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,7 faiz artıb. Dövr ərzində kərpiclər və oxşar məmulatların istehsalı 3,1 dəfə, asfalt istehsalı 44,9 faiz, beton istehsalı 32,2 faiz, tikinti gipsinin istehsalı 24,9 faiz, sement istehsalı 13,3 faiz artıb.
Qiymətlərə gəlincə, rəsmi statistikaya əsasən, məsələn, bu ilin yanvar ayında 50 kiloqramlıq sementin orta aylıq istehlak qiyməti 8,80 manat idisə, iyun ayında bu rəqəm 9,08 manat olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.