https://sputnik.az/20240814/bakikartin-adindan-firildaq---sernisinler-diqqetli-olsun-465771383.html
"Bakıkart"ın rəhbəri işdən qovuldu
"Bakıkart"ın rəhbəri işdən qovuldu
Sputnik Azərbaycan
Nizamnamə kapitalı 23 milyon manat olan şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub. 14.08.2024, Sputnik Azərbaycan
2024-08-14T10:57+0400
2024-08-14T10:57+0400
2024-08-14T13:33+0400
"bakıkart"
cəmiyyət
kiber
kiberhücum
kibercinayət
kibertəhlükəsizlik
elektron təhlükəsizlik xidməti
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923500_0:0:3072:1728_1920x0_80_0_0_df79d074ab7c64363d7bef40e30ad83f.jpg
BAKI, 14 avqust — Sputnik. Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb.Şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.Qeyd edək ki, bu günlərdə "BakıKart" tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər çətinliklə qarşılaşıb. AYNA-dan bildirilib ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. "Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik" - məlumatda bildirilir.“BakıKart” tətbiqindəki texniki nasazlıq hələ də aradan qalxmayıb.03.07.24, 13:07Bakıkartın adından fırıldaq - Sərnişinlər diqqətli olsun!"BakıKart" nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat verilib. Bildirilib ki, kiberdələduzlar sosial şəbəkələr vasitəsilə məlumatlar paylaşaraq, vətəndaşları ictimai nəqliyyatdan pulsuz istifadə etmək vədi ilə saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatları dəqiqləşdirməyi tövsiyə edir. Qeyd edək ki, nəqliyyatda gediş haqqı bahalaşandan, Facebook sosial şəbəkəsində "Bakı ictimai nəqliyyat kartı" adlı saxta səhifədə " (https://www.facebook.com/profile.php?id=61561358866945) müsabiqə" elan olunub. Bildirilir ki, aşağıda göstərilən linkdə qeydiyyatdan keçənlər, bir il ərzində ictimai nəqliyyatdan pulsuz istifadə etmə imkanı qazanacaq. O da bildirilir ki, güya şirkət, Bakının sakinlərinə tariflərin artmasına cavab olaraq dəstək vermək qərarına gəlib. "BakıKART nəqliyyat kartı qazanmaq şansı əldə edin! Bakı ictimai nəqliyyatı yeni bir müsabiqə başlayır. Müsabiqədə iştirak edən 500 nəqliyyat kartı bir il ərzində sizə pulsuz gediş haqqı təmin edəcək. Bütün Bakı sakinləri üçün. Müştəri xidmətinin keyfiyyətini artırmaq üçün sizdən kiçik bir anket doldurmağınızı və üç suala cavab verməyinizi xahiş edirik",- deyə elanda bildirilir. Aşağıdakı saxta səhifəyə keçid etmək tələb olunur: https://crealavidaquedeseas.com/cfgQ9sv8?fbclid=IwZXh0bgNhZW0CMTAAAR07eWkPCETlcbT_7B_03DI3iWii9oEcmxNZ3oshFLKnIGh6DL3gijZ_edI_aem_5zWyXEsY0j-Jsdth61f5eQ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923500_280:0:3011:2048_1920x0_80_0_0_fa2fd11632c007aa7759f7f6d8e39587.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"bakıkart", kiber, kiberhücum, kibercinayət, kibertəhlükəsizlik, elektron təhlükəsizlik xidməti
"bakıkart", kiber, kiberhücum, kibercinayət, kibertəhlükəsizlik, elektron təhlükəsizlik xidməti
"Bakıkart"ın rəhbəri işdən qovuldu
10:57 14.08.2024 (Yenilənib: 13:33 14.08.2024) Nizamnamə kapitalı 23 milyon manat olan şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.
BAKI, 14 avqust — Sputnik. Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb.
Şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.
Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.
Qeyd edək ki, bu günlərdə "BakıKart" tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər çətinliklə qarşılaşıb.
AYNA-dan bildirilib ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır.
"Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik" - məlumatda bildirilir.
“BakıKart” tətbiqindəki texniki nasazlıq hələ də aradan qalxmayıb.
Bakıkartın adından fırıldaq - Sərnişinlər diqqətli olsun!
"BakıKart" nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat verilib.
Bildirilib ki, kiberdələduzlar sosial şəbəkələr vasitəsilə məlumatlar paylaşaraq, vətəndaşları ictimai nəqliyyatdan pulsuz istifadə etmək vədi ilə saxta keçidlərə yönləndirirlər.
Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatları dəqiqləşdirməyi tövsiyə edir.
Qeyd edək ki, nəqliyyatda gediş haqqı bahalaşandan, Facebook sosial şəbəkəsində "Bakı ictimai nəqliyyat kartı" adlı saxta səhifədə " (https://www.facebook.com/profile.php?id=61561358866945) müsabiqə" elan olunub. Bildirilir ki, aşağıda göstərilən linkdə qeydiyyatdan keçənlər, bir il ərzində ictimai nəqliyyatdan pulsuz istifadə etmə imkanı qazanacaq. O da bildirilir ki, güya şirkət, Bakının sakinlərinə tariflərin artmasına cavab olaraq dəstək vermək qərarına gəlib.
"BakıKART nəqliyyat kartı qazanmaq şansı əldə edin! Bakı ictimai nəqliyyatı yeni bir müsabiqə başlayır. Müsabiqədə iştirak edən 500 nəqliyyat kartı bir il ərzində sizə pulsuz gediş haqqı təmin edəcək. Bütün Bakı sakinləri üçün. Müştəri xidmətinin keyfiyyətini artırmaq üçün sizdən kiçik bir anket doldurmağınızı və üç suala cavab verməyinizi xahiş edirik",- deyə elanda bildirilir. Aşağıdakı saxta səhifəyə keçid etmək tələb olunur:
https://crealavidaquedeseas.com/cfgQ9sv8?fbclid=IwZXh0bgNhZW0CMTAAAR07eWkPCETlcbT_7B_03DI3iWii9oEcmxNZ3oshFLKnIGh6DL3gijZ_edI_aem_5zWyXEsY0j-Jsdth61f5eQ