https://sputnik.az/20240813/tarixde-bu-gun-13-avqust--foto-466625408.html
Tarixdə bu gün: 13 avqust – FOTO
Tarixdə bu gün: 13 avqust – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 13.08.2024, Sputnik Azərbaycan
2024-08-13T08:00+0400
2024-08-13T08:00+0400
2024-08-13T08:00+0400
afina
cəmiyyət
mehriban əliyeva
unesco
tarixdə bu gün
fidel kastro
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466400622_42:0:1158:628_1920x0_80_0_0_f7bd067afa79dff5e4a9680dcc68c2a9.jpg
BAKI, 13 avqust — Sputnik. Avqustun 13-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Avqustun 13-də kimlər anadan olub? Alfred Hiçkok (1899-1980) - Böyük Britaniya və ABŞ kinorejissoru, prodüser və ssenaristdir. O, 1939-cu ilə qədər Böyük Britaniyada, sonra isə ABŞ-da işləyib. Hitçkokun əksər filmləri triller və detektiv janrlarına aiddir ("Psixo", "Başgicəllənmə", "Şimal-qərbdən şimala doğru", "Həyətə pəncərə"). Fidel Kastro (1926-2016) - Kuba inqilabçısı, dövlət xadimi, siyasi və partiya lideri, Kubanın rəhbəridir (1959-2008). Stas Pyexa (1980) - rusiyalı müğənni və şairdir. O, "Ulduz fabriki" layihəsinin iştirakçısıdır. Stas SSRİ xalq artisti Edita Pyexanın nəvəsidir. Sebastian Sten (1982) - Rumıniya əsilli ABŞ aktyorudur. O, "Bir Vaxtlar", "Şahlar", "Qeybətcil Qızlar", "Qara qu quşu" və "İblislə sövdələşmə" kimi filmləri ilə tanınır. Elçin Sanqu (1985) - Türkiyə modeli və aktrisasıdır. O, "Kirayəlik sevgi", "Toqquşma", "Bir eşq hekayəsi" və s. filmlərdə rol alıb. 13 avqust tarixində dünyada baş verən tarixi hadisələr 1521-ci ildə ispaniyalı Hernan Kortes Asteklərin paytaxtı Tenoçtitlanı (indiki Mexiko şəhəri) ələ keçirib. 1672-ci ildə hollandiyalı astronom Kristian Huygens Marsın cənub qütbündə buz örtüyü kəşf edib. 1928-ci ildə Londonda (dünyada) ilk rəngli televiziya verlişi yayımlanıb. 1961-ci ildə Almaniyada Berlin divarının tikintisinə başlanılıb. 1992-ci ildən bəri Britaniya solaxaylar klubunun təşəbbüsü ilə Beynəlxalq Solaxaylar Günü qeyd edilir. 2004-cü ildə Yunanıstanın Afina şəhərində XVIII Yay Olimpiya Oyunlarının açılışı olub. 2004-cü ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində fəal fəaliyyətinə görə "UNESCO"nun xoşməramlı səfiri adına layiq görülüb.
afina
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466400622_182:0:1019:628_1920x0_80_0_0_50c20ca5439937a863d12241f823f6fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
afina, mehriban əliyeva, unesco, tarixdə bu gün , fidel kastro
afina, mehriban əliyeva, unesco, tarixdə bu gün , fidel kastro
Tarixdə bu gün: 13 avqust – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 13 avqust — Sputnik. Avqustun 13-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 13-də kimlər anadan olub?
Alfred Hiçkok (1899-1980) - Böyük Britaniya və ABŞ kinorejissoru, prodüser və ssenaristdir. O, 1939-cu ilə qədər Böyük Britaniyada, sonra isə ABŞ-da işləyib. Hitçkokun əksər filmləri triller və detektiv janrlarına aiddir ("Psixo", "Başgicəllənmə", "Şimal-qərbdən şimala doğru", "Həyətə pəncərə").
Fidel Kastro (1926-2016) - Kuba inqilabçısı, dövlət xadimi, siyasi və partiya lideri, Kubanın rəhbəridir (1959-2008).
Stas Pyexa (1980) - rusiyalı müğənni və şairdir. O, "Ulduz fabriki" layihəsinin iştirakçısıdır. Stas SSRİ xalq artisti Edita Pyexanın nəvəsidir.
Sebastian Sten (1982) - Rumıniya əsilli ABŞ aktyorudur. O, "Bir Vaxtlar", "Şahlar", "Qeybətcil Qızlar", "Qara qu quşu" və "İblislə sövdələşmə" kimi filmləri ilə tanınır.
Elçin Sanqu (1985) - Türkiyə modeli və aktrisasıdır. O, "Kirayəlik sevgi", "Toqquşma", "Bir eşq hekayəsi" və s. filmlərdə rol alıb.
13 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1521-ci ildə ispaniyalı Hernan Kortes Asteklərin paytaxtı Tenoçtitlanı (indiki Mexiko şəhəri) ələ keçirib.
1672-ci ildə hollandiyalı astronom Kristian Huygens Marsın cənub qütbündə buz örtüyü kəşf edib.
1928-ci ildə Londonda (dünyada) ilk rəngli televiziya verlişi yayımlanıb.
1961-ci ildə Almaniyada Berlin divarının tikintisinə başlanılıb.
1992-ci ildən bəri Britaniya solaxaylar klubunun təşəbbüsü ilə Beynəlxalq Solaxaylar Günü qeyd edilir.
2004-cü ildə Yunanıstanın Afina şəhərində XVIII Yay Olimpiya Oyunlarının açılışı olub.
2004-cü ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində fəal fəaliyyətinə görə "UNESCO"nun xoşməramlı səfiri adına layiq görülüb.