https://sputnik.az/20240813/randan-azerbaycana-134-kq-narkotikin-kecirilmesinin-qarsisi-alinib---vdeo-466647489.html
İrandan Azərbaycana 134 kq narkotikin keçirilməsinin qarşısı alınıb - VİDEO
İrandan Azərbaycana 134 kq narkotikin keçirilməsinin qarşısı alınıb - VİDEO
Sputnik Azərbaycan
Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə İmişli rayonu ərazisində gizlədilən yerdən əldə etdiklərini... 13.08.2024, Sputnik Azərbaycan
2024-08-13T23:24+0400
2024-08-13T23:24+0400
2024-08-13T23:24+0400
daxili işlər nazirliyi
cəmiyyət
dövlət sərhəd xidməti
narkotik
cinayət
metadon
marixuana
tiryək
heroin
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/06/461116947_0:0:1024:576_1920x0_80_0_0_5c093a7b4d0d2180ae98a6afcbee40c5.jpg
BAKI, 13 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının (DSX) birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb. DİN-dən verilən xəbərə görə, İmişli rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Samit Məmmədov və tanışı Hidayət Rəşidov saxlanılıblar. Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsindən 134 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək və 1000 ədəd metadon həbi aşkarlanıb. Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə İmişli rayonu ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər. Araşdırmalarla Samit Məmmədov və Hidayet Rəşidovun qaçaqmalçılıq yolu ilə narkotik vasitələri sərhədyanı bölgələrdən paytaxta tədarükünü təşkil etməsi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/06/461116947_128:0:896:576_1920x0_80_0_0_a397eb9faad264447cf9e9ee6946acb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
daxili işlər nazirliyi, dövlət sərhəd xidməti, narkotik, cinayət, metadon, marixuana, tiryək, heroin
daxili işlər nazirliyi, dövlət sərhəd xidməti, narkotik, cinayət, metadon, marixuana, tiryək, heroin
İrandan Azərbaycana 134 kq narkotikin keçirilməsinin qarşısı alınıb - VİDEO
Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə İmişli rayonu ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər.
BAKI, 13 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının (DSX) birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
DİN-dən verilən xəbərə görə, İmişli rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Samit Məmmədov və tanışı Hidayət Rəşidov saxlanılıblar. Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsindən 134 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək və 1000 ədəd metadon həbi aşkarlanıb.
Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə İmişli rayonu ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər.
Araşdırmalarla Samit Məmmədov və Hidayet Rəşidovun qaçaqmalçılıq yolu ilə narkotik vasitələri sərhədyanı bölgələrdən paytaxta tədarükünü təşkil etməsi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.